Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Narkotik daşıyan 10 il iş aldı
Narkotik daşıyan 10 il iş aldı
Daşqın Cavadov İran - Azərbaycan - RF marşrutu ilə işləyirmiş
Şənbə, 04.09.2010

mətn ölçüsü  

İran - Azərbaycan - Rusiya marşrutunda narkotik vasitələrin daşınmasında təqsirli bilinən mütəşəkkil dəstənin indiyə qədər istintaqdan yayınan üzvü məhkəmə qarşısında dayanıb və ona hökm oxunub. APA-nın xəbərinə görə, proses Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Hüseyn Əliyevin sədrliyi ilə keçib. Daşqın Cavadovun (1971) cinayət əməli sübuta yetirilib və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cəlilabad rayon sakini Daşqın Cavadov Şirvan şəhər sakinləri - Çingiz Əliyev (1968) və Royam Əliyev (1985) qardaşları, Yusif Qaraxanov (1952), Yardımlı rayon sakini Rafiq Tağıyev (1959), Şirvan şəhərində anadan olmuş, Bakıda müvəqqəti məskunlaşmış Bəxtiyar Hüseynov (1968), eləcə də hazırda İranın şəxsiyyətləri istintaqla müəyyənləşdirilən vətəndaşları və qeyriləri öncədən əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər.

Daha sonra narkotik vasitə Şimali Qafqazdakı Pyatiqorsk şəhərinə göndərilib. Lakin keçirilən əməliyyat tədbirləri nəticəsində növbəti narkotik yükünü Pyatiqorska çatdırmaları mümkün olmayıb. Mütəşəkkil dəstənin üzvləri yaxalanıblar. Yaxalandıqları zaman onlara məxsus avtomaşından ümumi çəkisi 67 kq 414 qr olan narkotik vasitə götürülmüşdür.

Onlar CM-in 206 (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə mühakimə olunublar.

Daşqın Cavadov dəstə üzvləri tutulan zaman istintaqdan yayına bilmişdi. Onu MTN əməkdaşları keçən il yaxalaya bilmişlər. Bu mütəşəkkil dəstənin üzvləri hələ 2008-ci ildə məhkəmə qarşısında dayanmış və müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Balaxanı bələdiyyəsinin keçmiş sədri ifadə verir
Torpaq alveri, korrupsiya...

Sərxoşluğun və söyüşün bahası
21 balta-bıçaq zərbəsi və 10 il iş

Müstəntiqi cəza gözləyir
Baş Prokurorluğun şikayəti təmin edilmədi

Toyda bıçağı işə salmışdı
İndi 4 il barmaqlıq arxasında gün sayacaq

Sumqayıtda törədilən qətllə bağlı açıqlama
Baş Prokurorluqdan Sumqayıtda törədilən qətllə bağlı bildirilir ki, sentyabrın 2-də gecə şəhər sakini Asif Seyidovun (1985) öldürülməsi ilə əlaqədar yerli polisdən şəhər prokurorluğuna məlumat daxil olub.

"Qoca" məhkəmədə ifadə verməyib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Şəmkirli Saşa" kimi tanınan iş adamı Şahbaz Süleymanova silahlı hücumda təqsirləndirilən "Qoca" ləqəbli Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Polis əməkdaşını döyənlərdən apellyasiya şikayəti
Qulduqluq, xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Dələduzluq məsələsi ibtidai istintaqa qaytarılıb
Vətəndaşların əmlakını ələ keçirməklə dələduzluq edən paytaxt sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər