Toyda bıçağı işə salmışdı
|
İndi 4 il barmaqlıq arxasında gün sayacaq
Şənbə, 04.09.2010
|
|
Toy mərasimində xuliqanlıq edən Astara rayon sakini Samir Hüseynova hökm oxundu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edildi.
İbtidai və məhkəmə istintaqı dövründə zamində olan Hüseynov məhkəmə zalında həbs olundu.
Samir kənddəki toyda iki həmkəndlisinə bıçaqla xəsarət yetirmişdi. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Samir Hüseynov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
|
|
|
|
|
|
|