Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Balaxanı bələdiyyəsinin keçmiş sədri ifadə verir
Balaxanı bələdiyyəsinin keçmiş sədri ifadə verir
Torpaq alveri, korrupsiya...
Şənbə, 04.09.2010

mətn ölçüsü  

Paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbə bələdiyyəsinin keçmiş sədrinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın xəbərinə görə, işə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə baxılacaq. Artıq məhkəmə baxışı keçirilib və keçmiş bələdiyyə sədri Cavanşir Məmmədov ifadə verib. Keçmiş bələdiyyə sədri ittiham üzrə özünü təqsirli bilərək, epizodlar üzrə danışıb. Daha sonra proses zərərçəkənlərin ifadələri ilə davam etdirilmişdir.

İttihama görə, Cavanşir Məmmədov qəsəbə bələdiyyə sədri vəzifəsində olarkən qanunsuz olaraq bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi haqqında qərarlar qəbul edib. Halbuki onun belə qərarlar qəbul etməyə səlahiyyəti yox idi. Özü də bu qərarlar həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına verilib. Söhbət 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair qərarların qəbulundan gedir.

Keçmiş bələdiyyə sədri CM 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxsin bu ilin fevralında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən istintaqa cəlb edildiyi xəbər verilir.

Qeyd edək ki, seçkili orqan olan bələdiyyənin üzvlərinin torpaq alveri ilə məşğul olduqları, rüşvətlə iş gördükləri, korrupsiyaya bulaşdıqlarına dair bu birinci məhkəmə işi deyildir. Hər il bu məzmunda nə qədər adam məsuliyyətə cəlb olunur. Balaxanı bələdiyyəsi ilə bağlı bu rüsvayçı hadisənin mahiyyətinə bu ay işıq salınacağını gözləyirik. Prosesin sentyabrın 7-də davam etdiriləcəyi bildirilmişdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

Hökməlidə hökm kimin olacaq?..

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı

YAP bələdiyyə seçkilərinə hazırlaşır

Bölmənin digər xəbərləri
 
Sərxoşluğun və söyüşün bahası
21 balta-bıçaq zərbəsi və 10 il iş

Müstəntiqi cəza gözləyir
Baş Prokurorluğun şikayəti təmin edilmədi

Toyda bıçağı işə salmışdı
İndi 4 il barmaqlıq arxasında gün sayacaq

Narkotik daşıyan 10 il iş aldı
Daşqın Cavadov İran - Azərbaycan - RF marşrutu ilə işləyirmiş

Sumqayıtda törədilən qətllə bağlı açıqlama
Baş Prokurorluqdan Sumqayıtda törədilən qətllə bağlı bildirilir ki, sentyabrın 2-də gecə şəhər sakini Asif Seyidovun (1985) öldürülməsi ilə əlaqədar yerli polisdən şəhər prokurorluğuna məlumat daxil olub.

"Qoca" məhkəmədə ifadə verməyib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Şəmkirli Saşa" kimi tanınan iş adamı Şahbaz Süleymanova silahlı hücumda təqsirləndirilən "Qoca" ləqəbli Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Polis əməkdaşını döyənlərdən apellyasiya şikayəti
Qulduqluq, xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Dələduzluq məsələsi ibtidai istintaqa qaytarılıb
Vətəndaşların əmlakını ələ keçirməklə dələduzluq edən paytaxt sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər