Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Avro-2012"yə start verildi
"Avro-2012"yə start verildi
Yığmamız növbəti seçmə mərhələyə sentyabrın 7-də Almaniya ilə başlayır
Şənbə, 04.09.2010

İlham Kərimoğlu mətn ölçüsü  

Dünən futbol üzrə 2012-ci il Avropa çempionatının qrup mərhələsinə start verilib. Polşa və Ukraynanın birgə ev sahibliyi edəcəyi qitə çempionatının finalına vəsiqə uğrunda Azərbaycan milli komandası da mübarizə aparır. Yığmamız Almaniya, Belçika, Türkiyə və Qazaxıstan milli komandaları ilə "A" qrupunda yarışır. Alman mütəxəssis Berti Foqtsun başçılıq etdiyi millimiz ilk oyununu səfərdə - sentyabrın 7-də Almaniya yığmasına qarşı keçirəcək. Xatırladaq ki, bu matç 2010-cu il dünya çempionatının bürünc medallarını qazanan Almaniya millisinin doğma publika önündə ilk oyunu olacaq.

"Avro-2012"nin seçmə mərhələsində millimizin yer aldığı A qrupunda ilk oyunlar isə dünən gecə saatlarında keçirilib. Astana şəhərindəki "Astana Arena"da Qazaxıstan yığması Türkiyə millisini qəbul edib. Brüssel şəhərindəki "Rua Boduen" stadionunda isə Belçika-Almaniya oyunu baş tutub.

Millimiz isə "Avro-2012"nin seçmə mərhələsində ilk matçını sentyabrın 7-də Bakı vaxtı ilə 23:45-də, Köln şəhərindəki "Raynenerjiştaudium"da Almaniya millisinə qarşı keçirəcək. Yarışın qaydalarına görə, qrupda birinci yeri tutan 8 komanda qitə çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri isə pley-off matçlarında bəxtlərini sınayacaqlar.

Qeyd edək ki, millimiz Almaniya ilə oyuna böyük hesablı qələbə ilə çıxacaq. Belə ki, Almaniyada təlim-məşq toplantısında olan yığmamız bu ölkənin komandası ilə rəsmi oyun ərəfəsində yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Futbolçularımız həvəskarlardan ibarət "SV Rust" klubu ilə qarşılaşıb. Yığmamız zəif rəqibini böyük hesabla məğlub edib. 4:0 hesablı qələbədə Vaqif Cavadov dubl edib, Araz Abdullayevlə Fabio Luis Ramim isə hərəyə bir qol vurublar.

Qeyd edək ki, yığmamızın ilk rəqibi Almaniya yığması iki ay əvvəl başa çatmış dünya çempionatının bürünc medalını qazanıb. Elə bu səbəbdən də Almaniya millisi "A" qrupunun favoriti hesab olunur. Amma bu komandanın baş məşqçisi Yoahim Löv belə hesab etmir. O, Almaniya mətbuatına verdiyi açıqlamasında deyib:

"Bizi qrupun lideri hesab edirlər. Ona görə ki, son dünya çempionatında yaxşı çıxış etdik. Futbolçular üzərilərinə düşən məsuliyyəti yaxşı dərk etməlidirlər. Qarşıdakı matçlara lazımınca köklənmək lazımdır". Almanların baş məşqçisi Belçika və Azərbaycanla oyunlarda maksimum nəticə qazanmağın vacib olduğunu vurğulayıb: "İki oyunda 6 xal qazanmalıyıq. Rəqiblərə yuxarıdan aşağı baxmır və hörmətlə yanaşırıq".

Almaniya - Azərbaycan oyunundan bir gün əvvəl - sentyabrın 6-da, yerli vaxtla saat 11:00-da, Köln şəhərindəki "Holidey İnn" otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Millimizin mətbuat üçün açıq məşqi isə sentyabrın 5-də, yerli vaxtla saat 17:00-da, matçın keçiriləcəyi "Raynenerjiştadium"da olacaq.

Almaniya - Azərbaycan matçına millimizin futbolçuları yeni formalarda çıxacaqlar. Müasir dizayn və yüksək keyfiyyəti ilə seçilən bu formalar İngiltərənin "Umbro" firması tərəfindən istehsal olunub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Foqtsun 2010-da ilk sınağı

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə

Növbəti rəqib - Honduras millisi

Yığma Avstriyada 5 ulduzlu oteldə qalacaq

Foqts siyahını açıqladı

Bölmənin digər xəbərləri
 
"Neftçi" itirdiyi nüfuzunu qaytarır
Toni Adamslı "Qəbələ" isə qələbəyə həsrətdir

Vinfrid Şefer:
"Almaniya futbolçuları sizə yuxarıdan aşağı baxacaq, amma..."

Əli İsmayılovun son şansı
Ölkəmizin ən titullu peşəkar boksçusu Əli İsmayılov RABA (Asiya Peşəkar Boks Assosiasiyası) versiyası üzrə titul döyüşünə çıxmağa hazırlaşır.

"Partizan" Bakıya gəlir
"Selenc Cur"ın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Azərreyl" və "Azərneft" komandalarının oyunlarının vaxtı müəyyənləşib.

"Baku Oren" başlanır
Sentyabrın 10-dan 12-dək paytaxtımızda karatenin WKF versiyasında ilk beynəlxalq "Baku Oren" turniri keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər