Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Neftçi" itirdiyi nüfuzunu qaytarır
"Neftçi" itirdiyi nüfuzunu qaytarır
Toni Adamslı "Qəbələ" isə qələbəyə həsrətdir
Şənbə, 04.09.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Unibank Premyer Liqasında IV turun oyunlarından sonra çempionatda fasilə yaranıb. Bu fasilə 2012-ci il futbol üzrə Avropa çempionatının seçmə qrup oyunlarının keçirilməsi ilə əlaqədardır. Qeyd edək ki, bu turun heç də bütün oyunları baş tutmadı. Belə ki, Avropa Liqasının oyunlarına görə "Qarabağ" - "Bakı" oyunu təxirə salınmışdı. Qalan beş qarşılaşma isə baş tutdu.

Sözsüz, 4-cü turda bütün diqqət "Şəfa" stadionunda keçirilən "İnter" - "Neftçi" matçına yönəlmişdi. Turun mərkəzi oyunu sayılan bu matçda çempionluq iddiasında olan hər iki komandanın şanslarına aydınlıq gələcəkdi. Qarşılaşma həmçinin "Neftçi"nin gənc baş məşqçisi Arif Əsədov üçün ciddi imtahan idi. Onun mövsümün ilk sınağından necə çıxacağı hamıda maraq doğururdu. Oyun "Neftçi"də vəziyyətin ürəkaçan səviyyədə olduğunu göstərdi. Ən azından flaqman rəqibindən üstün futbol oynadı və bir çox komponentlərdə "İnter"i bir baş üstələdi. Bu da "Neftçi"nin belə davam edəcəyi təqdirdə, məqsədinə çatacağını proqnozlaşdırmağa əsas verir. Dörd turdan sonra 10 xal toplayan "Neftçi" hazırda turnir cədvəlinin birinci pilləsindədir. Klubun hücumçusu Bahodır Nəsimov isə 5 topla çemionatın ən sərrast futbolçusudur.

Turun ikinci əsas qarşılaşması da "Şəfa"da keçirildi. İlk üç turda 7 xal qazanmış AZAL-la "Xəzər-Lənkəran" üz-üzə gəldi. Matç AZAL-ın mövsüm ərzində ilk ciddi sınağı olduğundan onların real gücünə məhz bu oyunda qiymət veriləcəkdi. Qarşılaşma göstərdi ki, Nazim Süleymanovun komandası mövsümün sürprizi hesab olunsa da, çətin ki, mükafatçılar sırasına düşsün.

"Qəbələ" isə yenə qələbə qazana bilmədi. Ölkəmizə böyük ümidlərlə gətirilən məşhur ingiltərəli Toni Adams 10 təcrübəsiz azərbaycanlı və 1 legionerin yer aldığı MOİK-lə bacarmadı. İlk üç turda məğlubiyyət acısı dadan Qəbələ təmsilçisi bu dəfə aktivinə bir xal yazdırsa da, göstərdiyi oyun ümidverici deyil.

Turun digər üç oyunu Premyer Liqanın autsayderləri hesab olunan komandalar arasında keçirildi. Belə ki, "Muğan" Salyanda "Gəncə"ni, "Simurğ" isə Zaqatalada "Turan"ı qəbul etdi. Bu komandaların Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlarını nəzərə alsaq, qeydə alınan heç-heçələri gözlənilən nəticə hesab etmək olar.

Premyer Liqa, IV tur: "Muğan" - "Gəncə" - 1:1, "Simurğ" - Turan" - 2:2, "İnter" - "Neftçi" - 0:2, "Qəbələ" - MOİK - 0:0, AZAL - "Xəzər-Lənkəran" - 0:1.

Beşinci turun oyunları sentyabrın 11-də və 12-də keçiriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

Premyer Liqanın təqvimi hazırdır

Çempionatın adı təzələndi

Çempionatda fasilədir

Bölmənin digər xəbərləri
 
Vinfrid Şefer:
"Almaniya futbolçuları sizə yuxarıdan aşağı baxacaq, amma..."

"Avro-2012"yə start verildi
Yığmamız növbəti seçmə mərhələyə sentyabrın 7-də Almaniya ilə başlayır

Əli İsmayılovun son şansı
Ölkəmizin ən titullu peşəkar boksçusu Əli İsmayılov RABA (Asiya Peşəkar Boks Assosiasiyası) versiyası üzrə titul döyüşünə çıxmağa hazırlaşır.

"Partizan" Bakıya gəlir
"Selenc Cur"ın I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Azərreyl" və "Azərneft" komandalarının oyunlarının vaxtı müəyyənləşib.

"Baku Oren" başlanır
Sentyabrın 10-dan 12-dək paytaxtımızda karatenin WKF versiyasında ilk beynəlxalq "Baku Oren" turniri keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər