Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Orifleym" də casus yuvası çıxdı
"Orifleym" də casus yuvası çıxdı
Şpionomaniyadan əziyyət çəkən bir ölkədə bu təəccüblü deyil
Şənbə, 04.09.2010

S.Sədi mətn ölçüsü  

İran hökuməti son günlər çox təəccüblü qərarlara imza atdı. Ev heyvanları, o cümlədən itlər üçün yeməklərin reklamını yasaqladı, "Orifleym" ənlik-kirşan firmasını isə ölkədən çıxardı. İranın milli təhlükəsizlik və informasiya naziri Heydər Möhsüli İsveçin bu şirkətini "İslam Respublikasına zərbə vurmaq cəhdlərində" suçlandırdı. Bir müddət öncə şirkət "casus"luqda ittiham olunurdu.

Xomeyninin məqbərəsindəki çıxışı zamanı ETTELAAT-ın şefi deyib ki, bu şirkətin "məqsədi İrandakı hakimiyyətə qarşı mübarizə aparmaqdır" (!). "Qərb dövlətləri bu şirkətdən təhlükəsizlik sahəsində problemlər yaratmaq üçün istifadə edirlər" (!), - deyə nazir iddia edib.

"Orifleym" təmsilçisi isə deyib ki, onlar siyasi fəaliyyətlə məşğul olmurlar: "Görünür, iş rejimimiz, ənlik-kirşanın birbaşa satışı İran hakimiyyətinin xoşuna gəlmir. Ancaq bu sistemə əsasən 40 min iranlı qadın pul qazanırdı".

Avqustun 22-də firmanın Tehran ofisi qapadılıb və 5 əməkdaşı həbs edilib. İran sahibkarlıq və ticarət mərkəzinin rəhbəri Həsən Radmərd "Orifleym" şirkətinin İslam Respublikasındakı fəaliyyətinin yasaqlandığını söyləyərkən deyib ki, bu firma "piramida yaratmaq" əsasında fəaliyyət göstərir. "İranın nəzarət orqanları yoxlamalar nəticəsində bu qərara gəlib. Həm maliyyə, həm də ticarət sahəsində piramida qurulması İslam Respublikasının qanunları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də onun ölkəmizdə fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə mərkəzin rəhbəri izahatında bildirir.

Radmərdin sözlərinə görə, məsələ ilə bağlı şirkətə məlumat verilib, hələ ki onlardan cavab almamışıq: "Cavab alacağımız halda məsələyə yenidən qayıdacağıq".

Tehranda çıxan "İran deyli" qəzeti bir müddət öncə yazmışdı ki, ənlik-kirşandan istifadə üzrə İran dünyada 7-ci yerdədir. Hər il ölkə qadınları buna 2,1 milyard avro xərcləyir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Vaşinqtondan hər kəsə xəbərdarlıq
Lakin İrəvanın Tehranla əlaqələrinə güldən ağır söz deyilə bilməz



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər