Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Vaşinqtondan hər kəsə xəbərdarlıq
Vaşinqtondan hər kəsə xəbərdarlıq
Lakin İrəvanın Tehranla əlaqələrinə güldən ağır söz deyilə bilməz
Şənbə, 04.09.2010

S.Soltan mətn ölçüsü  

Ötən həftə Vaşinqton Ankaraya xəbərdarlıq edib ki, İranla ticarət əlaqələrini dayandırsın. Əks halda iqtisadi sanksiyalarla üzləşə bilər. Türkiyənin "Cümhuriyet" qəzetinin yazdığına görə, xəbərdarlıq ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi məmurlarının Ankaraya bu yaxınlardakı səfəri zamanı hökumətə təqdim olunub. Qəzet bildirib ki, xəbərdarlıq əsasən ölkənin energetika şirkətlərinə və banklara şamil edilib. Amerikalılar prosesin davam edəcəyi təqdirdə həmin şirkətlərin adlarının "qara siyahı"ya salınacağını bildirirlər.

Türkiyənin dövlət naziri Həyati Yazıçının sözlərinə görə, bu il İranla ticarət dövriyyəsi 20 milyard dollar təşkil edib. Ötən il isə bu rəqəm 5,5 milyard dollar olub. Tehran rəsmiləri isə Türkiyə ilə ticari dövriyyənin 30 milyard dollara çatdırılmasını istəyirlər.

Fəqət bu məsələdə bir detal da var: Rəsmi Vaşinqton Türkiyə-İran münasibətlərinə belə həssas yanaşdığı halda, Ermənistan-İran münasibətlərinə də eyni dərəcədə həssas deyil. Niyə? Niyəsi bilinmir, gerçək olan isə odur ki, ABŞ İranla əməkdaşlıq edənlərə münasibətdə "ögey-doğma"lıq edir. Məsələn, İranla hərtərəfli, hətta hərbi sahədə əməkdaşlıq edən Ermənistana indiyə kimi "gözün üstə qaşın var" deyilməyib. Əksinə, Türkiyəni məcbur etməyə çalışdılar ki, bu işğalçı dövlətlə sərhədləri açsın. Bu azmış kimi Rusiyanın hərbi bazası olan bir ölkədə, Ermənistanda NATO hərbi təlimlər keçirir və Türkiyədən də sərhədləri müvəqqəti olsa da, açmağı istəyir. Vaşinqton az qala İran-Ermənistan əməkdaşlığını təqdir edir. Hər halda, bu əlaqələrə Vaşinqtondan indiyədək bir etiraz eşidilməyib. Başqa dövlətlərin İranla hər hansı münasibətində isə bunu həmən bəyan edirlər.

Bəlli olduğu kimi, İran-Ermənistan əməkdaşlığı o dərəcəyə çatıb ki, hətta Ermənistanda yeni AES blokunun tikintisinə Tehranın maliyyə yardımı edəcəyi haqda xəbərlər dolaşır. İranla Ermənistan arasında dəmiryol xətti ideyası var. Bir neçə gün öncə Rusiyanın nəqliyyat naziri İqor Levitin bildirib ki, İran-Ermənistan dəmiryolu layihəsində texniki işləri başa çatdırıb. Bu nəqliyyat vasitəsi ilə həm hərbi, həm energetika, həm də atom-nüvə sahəsində avadanlıq daşımaq mümkündür. İlkin hesablamalara görə, bu xəttin dəyəri 2 milyard dollara hesablanır. Bu yolun uzunluğu 540 km-dir. Onun 480 km-i Ermənistanın, 60-ı isə İranın mürəkkəb relyefli ərazisindən keçəcək. Vaşinqton bu işlər barədə hər il yardımlara qonaq etdiyi Ermənistana bir kəlmə söz demir.

Qafqazdan Cənubi Afrika Respublikasına qədər (İsrail və İranı çıxmaq şərti ilə) atom texnologiyasına və Atom Elektrik Stansiyasına malik yeganə ölkə Ermənistandır. Bu ölkədəki AES-in və nüvə texnologiyasının yaşı İrandakından çoxdur. Çox maraqlıdır, ABŞ rəsmiləri çıxışlarında İrana atom-nüvə texnologiyasını qaçaq yolu ilə Pakistan və Şimali Koreyanın satdığını desə də, Ermənistanla bağlı heç bir araşdırma aparılmır. İndiyə kimi ABŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ermənistanın bu məsələdə əli olmadığı barədə açıqlama verməyib.

Hər kəs bilir ki, ötən 20 ilə yaxın bir müddət ərzində məxfi qaydada İrandan Ermənistana və əksinə marşrutla müxtəlif mallar, o cümlədən mənşəyi bəlli olmayan məhsullar da keçirilməkdədir. Bu kimi qanunsuz ticarət əlaqələrinin gedişində Tehrana atom texnologiyası, avadanlıq ötürülmədiyinə təminat verən varmı?

Nəzərə almaq lazımdır ki, sovetlərin dağılmağa başladığı ilk illərdə Moskva Güney Qafqazdakı hərbi texnika və bu sahədəki avadanlığı Ermənistana etibar etmişdi.

"Armeniya tudey" xəbər verir ki, bu ölkənin energetika naziri Armen Movsisyan bildirib ki, Buşəhr AES-də erməni atom mütəxəssisləri işləməyib. İnanaqmı? Xatırladaq ki, hələ Əhmədinejad prezident olmazdan öncə, İranın atom sahəsinə embarqonun daha ciddi olduğu illərdə Rusiyanın İrana nüvə texnologiyasını Ermənistandan ötürdüyü haqda Qərb mətbuatında xəbərlər yayılmışdı.

Ermənistanın İranla nüvə əməkdaşlığının olmadığı barədə bəyanatları indiyə kimi nə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri, nə də ABŞ-ın uyğun qurumları tərəfindən yoxlanılıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Bölmənin digər xəbərləri
 
"Orifleym" də casus yuvası çıxdı
Şpionomaniyadan əziyyət çəkən bir ölkədə bu təəccüblü deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər