İsfar Sarabski ABŞ və Avropa ölkələrində konsertlərə yollanır. Dünyanın ən nüfuzlu caz festivalı hesab olunan "Monrte-2009" müsabiqəsinin qalibi olan bu azərbaycanlı cazmen hazırda silsilə konsert proqramının hazırlıq işləri ilə məşğuldur. Proqrama klassik və müasir caz kompozisiyaları daxil etdiyini bildirir. Musiqiçinin dediyinə görə, konsertə İsfar "Montre-2009" festivalında ifa etdiyi musiqiləri də daxil edib. Eyni zamanda öz bəstələrinə, həmçinin Vaqif Mustafazadə və Rafiq Babayevin əsərlərinə də bu proqramda yer ayırır.
|