Sentyabrın 15-də yeni mövsümün açılışı ilə teatr öz maraqlı tamaşaları ilə uşaqları sevindirəcək. Bu barədə Gəncə Kukla Teatrının direktoru Bayram Fətəliyev danışaraq bildirdi ki, payız mövsümünün başlanması ilə əlaqədar onlar Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşası üzərində məşqlərə başlayıblar.
Bayram Fətəliyev söylədi ki, bu mövsüm teatrda "Göyçək Fatma", eləcə də gəncəli şairə Aləmzər Əlizadənin uşaqlar üçün yazdığı şeirlər üzrə də tamaşalar hazırlanır. Gün ərzində 2 seansla təqdim olunan tamaşalara uşaqlar saat 12:00 və 15:00-da baxa biləcəklər.
Direktor onu da qeyd etdi ki, onların teatrına 3 yeni gənc aktyor gəlir. Burada rejissor Fərmail Paşayev onların istedadını yoxlayır. Əgər onlarda aktyorluq istedadı tələblərə cavab verərsə, teatrda qalıb çalışa biləcəklər.
|