Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"İndiki gənclər musiqi sənətinə nə verəcəklər?"
"İndiki gənclər musiqi sənətinə nə verəcəklər?"
Durum Eldar Mansurovu narahat edir
Şənbə, 04.09.2010

Xatun mətn ölçüsü  

"Bu gün Azərbaycan mədəniyyətinə baxanda ürəyim ağrıyır. Biz Şövkət Ələkbərovanın, Rəşid Behbudovun adlarını çəkəndə cavanlar əsəbiləşirlər. Yaxşı, onlar qaldı dünəndə, bəs bu gün? Dünən gənc olan Aygün Kazımova, Faiq Ağayev bu gün ortayaşlı musiqiçilər sırasındadır. İndi "azəri-star"lar, "yeni ulduz"lar, "akademiya"lar, "muğamstar"lar həddən artıqdır. Bəs onlar sabah bizə nə verəcəklər? Azərbaycan mədəniyyətinin bu gününü yeni doğulan uşağa bənzədirəm. Bəlkə də sabah mən həyatda olmayanda bunların hansısa addımı, uğuru olacaq, amma bu gün hələ ki heç nə etmirlər".

Bu haqda danışan əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov Azərbaycanda estrada musiqisi və ifaçılığının ağır vəziyyətindən danışır.

"İndi yalnız şoular var. Şou isə bazardır - prodüserlər, aparıcılar, şoumenlər, yaxud da musiqidən başı çıxmayanların toplaşdığı bazar. Bu acınacaqlı vəziyyəti peşəkar bəstəkarlıq məktəbinə da şamil etmək olar. Azərbaycanda bu gün bəstəkarlıq məktəbi, demək olar, yoxdur. Mən Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyovu görmüşdüm. Bugünkü cavanlar isə onları görməyiblər. İndikilər kimi görürlər? Heç kimi, heç nəyi. İndi yerindən duran mahnı yazır, özünü bəstəkar hesab edir. Hər adam mahnı yaza bilər, amma öz səviyyəsində. Əlibaba Məmmədov, Ələkbər Tağıyev, Bəhram Nəsibov da həvəskar bəstəkar olublar. Çox gözəl mahnılar da yazıblar. Bəstəkarsansa, onda fortepiano üçün bir prelüdiya yaz, skripka üçün nəsə yaz, sonata, kvartet, hələ simfoniyadan danışmıram. Bəstəkarlıq budur. İndi hər divara mala çəkən durub desin ki, arxitektordur?", - deyə bəstəkar sual edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bəstəkar Kamalın külliyatı işıq üzü görüb

"Azərbaycan-Türkiyə" mahnısı - ortaq iş

Bəstəkarlar İttifaqı öz yubileyinə hazırlaşır

Bəstəkarlar İttifaqı planlarını açıqladı

Yeganə Axundova: "Hər zaman sevilmək və gözəl qalmaq istəyirəm"

Bölmənin digər xəbərləri
 
"Xeyir və Şər" - əbədi mövzu
Gəncə Kukla Teatrı böyük Nizamiyə müraciət edib

"Qadın kimi oxuyan kişi müğənnilər yetişirlər"
Mənsum İbrahimov estrada səhnəsindəki xaosdan danışır

Musiqili Komediya Teatrı yeni mövsümdə
Yenicə yay məzuniyyətindən qayıdan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü Mədəniyyət və Turizm Nazirliyinin planlarına uyğun olaraq yeni layihələrlə zənginləşdirəcək.

Boyakarlıq sərgisi keçiriləcək
Sentyabrın 4-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda boyakarlıq sərgisi keçiriləcək.

"Bir addım" kinofestivalda ikinci yeri tutub
Bu günlərdə Ukraynada alternativ kinematoqrafiyanın VIII Beynəlxalq İrpen kinofestivalı idi.

Məşhur cazmen ABŞ və Avropa ölkələrində konsert verəcək
İsfar Sarabski ABŞ və Avropa ölkələrində konsertlərə yollanır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər