Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ordudan yazanlar...
Ordudan yazanlar...
Onların problemləri ictimai müzakirəyə çıxarılır
Şənbə, 04.09.2010

C.Məmmədov mətn ölçüsü  

Təhlükəsizlik və müdafiə sektorunda həyata keçirilən islahatların cəmiyyətə çatdırılma yollarının işlənilməsi bu gün böyük əhəmiyyət kəsb edir. "Hərbi Jurnalistlər" İctimai Birliyinin "Jurnalistlərin hərbi sahədə bilik və bacarığının artırılması" adlı layihəsi bu tezisə hesablanıb. Layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə gerçəkləşəcək. Dünən Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisindəki mətbuat konfransında söhbət bu mövzuda gedirdi.

Layihənin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov konfrans iştirakçılarına tədbirin məqsəd və məramını çatdırarkən dedi:

"Nəzərə almalıyıq ki, Azərbaycan NATO, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq sənədlərində müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarda cəmiyyət təbəqələrinin iştirakı, bu sektorun şəffaflığı kimi ifadələr yer alır. Ölkədə fəaliyyət göstərən KİV, EİV və qeyri-hökumət təşkilatları orduda baş verən proseslərlə bağlı cəmiyyətə daha aydın və davamlı məlumat verilməsi zəruriliyini zaman-zaman qaldırırlar".

Layihə rəhbəri bu və digər səbəblərdən Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafını olduqca zəruri sayır. Onun sözlərinə görə, bu sahədə çalışan qələm sahiblərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi hərbi büdcənin şəffaflığının artırılmasına, jurnalistlərin informasiya əldə etmə imkanlarının genişlənməsinə, hərbi strukturlarda korrupsiya və rüşvətxorluqla mübarizənin effektliliyinin artırılmasına, təhlükəsizlik və müdafiə sektoruna demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində vətəndaş fəallığının gücləndirilməsinə səbəb olardı.

Ü.Cəfərov inanır ki, "Jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artırılması" layihəsinin həyata keçirilməsi ölkəmizin təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərin cəmiyyətə çatdırılması sahəsində mövcud olan problemlərin həllinə müsbət təsir göstərəcək.

Deyildi ki, hədəfdə jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artırılmasına, təhlükəsizlik və müdafiə sektoruna maraq göstərən KİV əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsinə yardım göstərməkdir.

Onun sözlərinə görə, hərbi mövzuda yazılarla çıxış edən jurnalistlərin maarifləndirilməsi, onlarla güc strukturları arasında əməkdaşlığın gücləndirilməsinə nail olmaq layihədə qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu vəzifə və məqsədlərə nail olmaq üçün mətbuat konfranslarının, hərbi jurnalistlər üçün seminarların, "dəyirmi masa"ların, görüşlərin, müzakirələrin keçirilməsi planlaşdırılır. 6 ay müddətində gerçəkləşdirilən layihə üçün jurnalistlər qrupu seçiləcək və onlar üçün davamlı olaraq mühazirələr təşkil olunacaq. Ardınca həmin jurnalistlər tərəfindən məqalələr hazırlanacaq və bu məqalələr milaz.info saytında dərc olunacaq. Bu məqalələrin və həm də jurnalistlər tərəfindən digər KİV orqanlarında dərc olunmuş məqalələrin hərbi sektora maraq jöstərən jurnalistlər arasında qarşılıqlı və müntəzəm şəkildə (layihə müddətində ayda bir dəfə) müzakirə edilməsi, ekspert dəyərləndirmələri, jurnalistlərin bu və digər problemin işıqlandırılmasında qarşılaşa biləcəyi problemlərin çözülməsi təşkil olunacaq. Onların müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərə yanaşmalarının təkmilləşdirilməsinə dəstək veriləcək.

ATMİA prezidenti Yaşar Cəfərli Azərbaycanda güc strukturları ilə KİV arasında əməkdaşlığın hazırkı forma və metodologiyasının təkmilləşdirilməsinə dair öz mülahizələrini bölüşdü. O qeyd etdi ki, jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artırılması sahəsində mövcud problemlər ictimai müzakirəyə çıxarılmalı, bu problemlərin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu artırılmalıdır.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov hərbi sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının artırılması yolu ilə ordu və cəmiyyət arasında qarşılıqlı əlaqə və münasibətlərin daha da möhkəmləndirilməsinə çalışmanın vacibliyindən danışdı. O qeyd etdi ki, Silahlı Qüvvələrin müasir tələblərə cavab verməsi üçün demokratikləşmə prosesinə yardım göstərmək, KİV-in geniş iştirakı ilə mütəmadi tədbirlər keçirmək çox vacibdir. İ.Məmmədov da layihəni əhəmiyyətli sayır və hesab edir ki, bu proses davamlı olmalıdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"

Sumqayıtda Üzeyir bəyə abidə kompleksi

İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək

Media hərbçilərdən nə istəyir?

Qubada jurnalistlər üçün düşərgə

Bölmənin digər xəbərləri
 
İşsizlik: onun miqyası haraya qədərdir?
Ali məktəb bitirənlər işsizlərin sırasına qoşulur

Daşqın kompensasiyasını yeyiblər
Çoxlu rüsvayçı faktlar aşkara çıxır...

Yeni hərbi-sosial qurum yaradıla bilər
Hökumətdə bu barədə müzakirə gedir

Artım inflyasiyanı güclə kompensasiya edir
Amma minimum əməkhaqqı və pensiyalar daha çox artırıla bilərdi...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər