Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Yeni hərbi-sosial qurum yaradıla bilər
Yeni hərbi-sosial qurum yaradıla bilər
Hökumətdə bu barədə müzakirə gedir
Şənbə, 04.09.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Hökumətdə hərbi təmayüllü yeni qurum yaratmaq ideyası müzakirəyə çıxarılıb. Söhbət müharibə veteranları, şəhid ailələri, əsir və girov götürülmüş və itkin düşmüşlər, onların ailələri və hərbi əlillərin problemlərinin həlli ilə məşğul olacaq qurumdan gedir. Bu barədə "Ayna"ya eksklüziv olaraq hökumətdəki mənbədən məlumat verilib.

Məlumata görə, bununla da həmin kateqoriyaların təminatı ilə bağlı işlər müxtəlif güc strukturları və Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin səlahiyyətindən çıxarılacaq. Misal üçün qeyd edək ki, hazırda şəhidlik statusu alan şəxslərin (zabit və gizirlər) ailələrinə müavinətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edir, şəhid statusunun verilməsini isə müxtəlif güc strukturları müəyyənləşdirir. Həlak olmuş sıravi əsgərlərə isə bu statusun verilməsi yerli icra orqanları və hərbi komissarlıqlar tərəfindən həyata keçirilir. İndi bütün bunlar bir qurumun öhdəsində olacaq.

"Söhbət 100 min nəfər insanı əhatə edən prosesdən gedir. Yeni nazirlik ən azı bu qədər insanın sosial təminatı ilə məşğul olacaq" deyən mənbə bildirib ki, hökumətdə qeyd edilən prosesin hazırkı gedişinin qaneedici olmadığını etiraf etməyə başlayıblar. Bu proses xüsusilə də 2009-cu ilin iyulunda Nazirlər Kabinetinin qərarından sonra bir qədər də çətinləşib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 15 iyul 2009-cu il tarixli sərəncamı ilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edilib. Bununla da Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şəhid statusu veriləcək, Dəyişiklik barədə qərar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin razılaşdırılmış təklifi əsasında olub.

Müşahidələr göstərir ki, bu qərar şəhid statusuna daxil edilə biləcək insanların sayını diqqəti çəkəcək dərəcədə artırıb. Müxtəlif məlumatlara görə, 1994-cü ildən - atəşkəs müqaviləsi imzalanandan bu yana qeyd edilən güc strukturlarının şəhid statusuna aid edilə biləcək hərbi qulluqçularının sayı min nəfərdən artıqdır. Bu isə böyük iş tələb edir, onlara ayrılacaq vəsait isə milyonlarla manat olacaq.

Xatırladaq ki, prezident İlham Əliyevin 2006-cı il dekabrın 19-da imzaladığı fərmanla Qarabağ müharibəsində həlak olan hərbi və mülki şəhidlərin ailələri üçün prezident təqaüdü təsis edilib. 2007-ci il yanvarın 1-dən başlayaraq hər bir şəhid ailəsinə ayda 100 manat prezident təqaüdü verilir. Bildirək ki, hazırda Azərbaycanda 13 min 729 şəhid ailəsi prezident təqaüdü alır. Yeri gəlmişkən, ölkə başçısının 19 yanvar 2006-cı il tarixli digər fərmanı ilə "20 Yanvar" şəhidlərinin ailələrinə də prezident təqaüdü verilir. Bu kateqoriyadan olan şəhidlərin ailələrinə aylıq olaraq 300 manat məbləğində prezident təqaüdü təsis edilib. Ümumilikdə 140 ailə bu təqaüdü alır.

Qeyd edək ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" 15 yanvar 1994-cü ildə qəbul olunub. Bu sənəddə çoxsaylı güzəşt və imtiyazlar nəzərdə tutulmuşdu. Lakin 2000-ci ildəki dəyişikliklər nəticəsində bu güzəşt və imtiyazlar ləğv olundu. İndi şəhid ailələrinə xüsusi kommunal güzəştlərin (qaz, elektrik, mənzil kirayəsi, telefon, nəqliyyat, dərman və s.) əvəzinə 32 manata yaxın vəsait verilir.

2009-cu ilin yay dəyişikliyindən sonra xüsusi dövlət strukturunun yaradılması zərurəti ortaya çıxıb və əldə edilən məlumata görə, hökumət rəsmiləri hazırda beynəlxalq təcrübəni araşdırırlar.

Beynəlxalq təcrübəyə görə, müharibə veteranları, şəhid ailələri, əlillər, əsir və girov götürülmüşlərin ailələrinin problemlərinin həlli üçün müəyyən addımlar vacibdir. Bu məsələdə 3 vacib istiqamət diqqəti çəkir:

- birincisi, dövlətdə şəhid ailələrinin, veteranların, hərbi əlillərin problemləri ilə bağlı xüsusi rəsmi strukturun yaradılması vacibdir,

- ikincisi, həmin kateqoriyada olan vətəndaşların statusunun müəyyənləşdirilməsində rol oynayan güc və digər strukturların fəaliyyətində operativliyin təmin olunması, vətəndaşlar üçün bürokratik amillərin aradan qaldırılması zəruridir,

- nəhayət, bələdiyyələr və özəl şirkətlər tərəfindən qeyd edilən təminat kateqoriyalarına xüsusi yardım göstərilməsi işinə hökumətdən, rəsmi strukturlardan dəstək göstərilməlidir. Buraya özəl şirkətlər üçün müəyyən vergilərin azaldılması, bələdiyyələr üçün fəaliyyət spektrinin genişləndirilməsi daxildir.

Başqa ölkələrdəki pozitiv təcrübəyə görə, dövlətin müharibə nəticəsində əziyyət çəkmiş insanlar və onların ailələrinə qayğısı aşağıdakı təməl məqsədləri əhatə edir:

bu insanlara (ya onların ailələrinə) ödənilən təminatlar, xüsusi ödənişlərin miqdarı onların ən azı orta yaşayış həddindən yuxarı səviyyədə yaşamasını təmin etməlidir, onların (ailələrinin) yaşayış vəziyyəti (mənzil və torpaq) yaxşılaşdırılmalıdır, kommunal xərclərinin ödənilməsinə dövlət yardımı vacibdir, tibbi - müalicə xərclərinin ödənilməsinə dəstək lazımdır, onların övladlarının təhsil müəssisələrində pulsuz təhsil almasına şərait yaradılmalıdır.

Bu aspektdə Türkiyə və ABŞ təcrübəsi diqqəti çəkir. Əgər söhbət şəhidlik statusunun və veteranların güzəşt və imtiyazlarından, dövlətin bu kateqoriyadan olan insanlara qayğısından gedirsə, onda ən müsbət təcrübə olaraq Türkiyə təcrübəsini qeyd etmək mümkündür. Onlarda bu problemlərlə Hərbi Səfərbərlik İdarəsi məşğul olur. Bu idarə rəsmən Müdafiə Nazirliyi sisteminə daxil olsa da, fəaliyyət baxımından müstəqildir. Türkiyədə müharibədən əziyyət çəkən insanlar və onların ailələrinin yaşayış vəziyyətinin yaxşılaşdırılması, işsizlik probleminin həlli, ailə üzvlərinin təhsili, tibbi müalicəsi kimi məsələlərdə dövlət strukturlarının, bələdiyyələrin və özəl şirkətlərin birgə fəaliyyətinin müsbət nəticəsi ortadadır.

ABŞ-a gəldikdə, müharibə görmüş insanların və onların ailələrinin problemləri ilə məşğul olan xüsusi bir nazirlik səviyyəsində struktur mövcuddur. Bu strukturda 4 mindən artıq əməkdaş çalışır və onun illik büdcəsi dünyanın bir sıra ölkələrinin birlikdə götürülən dövlət büdcəsindən artıqdır. ABŞ-da veteranların və döyüşdə həlak olmuş vətəndaşların ailələrinin problemlərinin çözülməsində xüsusi fəallıq göstərilir. Veteranlara və həlak olmuşların ailələrinə ünvanlanmış üç başlıca şüara əməl olunur: təminatlı yaşayış, sağlam həyat və müasir təhsil.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Bred Pitt təqaüdə gedəcəyini açıqlayıb

MN mərkəzi aparatında struktur dəyişiklikləri

102 gənc - prezident təqaüdçüsü

"Bayraq qalmaqalı" əndazədən çıxır

Bölmənin digər xəbərləri
 
İşsizlik: onun miqyası haraya qədərdir?
Ali məktəb bitirənlər işsizlərin sırasına qoşulur

Daşqın kompensasiyasını yeyiblər
Çoxlu rüsvayçı faktlar aşkara çıxır...

Ordudan yazanlar...
Onların problemləri ictimai müzakirəyə çıxarılır

Artım inflyasiyanı güclə kompensasiya edir
Amma minimum əməkhaqqı və pensiyalar daha çox artırıla bilərdi...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər