Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
İşsizlik: onun miqyası haraya qədərdir?
İşsizlik: onun miqyası haraya qədərdir?
Ali məktəb bitirənlər işsizlərin sırasına qoşulur
Şənbə, 04.09.2010

A.Akif mətn ölçüsü  

Yoxsulluğun qarşısını almaqda ən səmərəli üsul - yeni iş yerləri yaratmaqdır. Ölkədə əmək bazarı isə hələ tam formalaşmayıb. Məşğul insanların 1 milyon 200 mini büdcə təşkilatlarında, 1 milyondan çoxu isə kənd təsərrüfatında çalışır. Başqa ölkələrlə müqayisədə bu çox böyük rəqəmlərdir. Təkcə bu faktın özü təsdiqləyir ki, məşğulluq sahəsində böyük problemlər yaşanır. Oturuşmuş əmək bazarının yoxluğu bir çox göstəricilərə öz mənfi təsirini göstərir.

Rəsmi statistika işsizlik faizlərini düzgün əks etdirmir. Reallıqda işsizlik faizi çox yüksəkdir. AMEA İqtisadiyyat İnstitutunun apardığı tədqiqatlar bu amilin ölkədə cinayətkarlığın artmasına gətirib çıxardığını təsdiq edir. Xüsusilə də gənclər arasında bu faiz çox yüksəkdir. Məşğulluq səviyyəsinin düşməsi həm də gənclərin müvafiq peşələrlə əhatə olunmadığı ilə əlaqədardır.

İnstitutun məlumatına əsasən, peşə təhsili alanlar gənclərin 23 faizini təşkil edir. Məşğulluq bazarının 63 faizini fəhlələr təşkil edir. İldə yüz min nəfər təhsil müəssisələrini bitirir. Onların böyük əksəriyyəti işsizlərin sırasına qoşulur. Gənclər peşə almaq imkanına da malik deyillər. Və yaxud da peşələrin böyük əksəriyyəti onların marağını əks etdirmir.

İqtisadi Tədqiqatlar Mərkəzi "Qlobal maliyyə böhranının Azərbaycanda əmək bazarına təsirinin qiymətləndirilməsi" adlı hesabat hazırlayıb.

REKLAM

Hesabatda qlobal maliyyə böhranı dövründə hökumətin məşğulluq siyasəti təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, yeni modellər və ekonometrik üsullarla bu siyasətin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb.

Mərkəzin eksperti Səbinə Abdullayevanın sözlərinə görə, böhran xüsusilə ÜDM-nin, əhalinin gəlirlərinin, ölkə üzrə orta aylıq əməkhaqqının artım tempindəki, eləcə də ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmindəki azalmaya yol açıb. Böhran milli iqtisadiyyatın neft gəlirlərindən asılılıq səviyyəsini artırıb. Bununla yanaşı, ÜDM artımının davam etməsi, işsizliklə bağlı göstəricilərdə mənfi dəyişikliklərin digər ölkələrə nisbətən az olması böhranın Azərbaycan iqtisadiyyatına daha zəif təsir etdiyinin göstəricisi sayıla bilər.

Rəsmi göstəricilərin analizi

İşsizliklə bağlı rəsmi göstəricilər də analiz edilib. Hesablamalara görə, böhran dövründə iqtisadiyyat daha çox iş yerləri itirib. Belə ki, əgər rəsmi statistik rəqəmlərdə 2008-ci ildə bağlanan iş yerlərinin sayı 3037 idisə, 2009-cu ildə bu rəqəm 3 dəfəyədək artaraq 8747-ə çatıb, eləcə də 2008-ci ildə açılan daimi iş yerlərinin sayı 89557 idisə, 2009-cu ildə müvafiq göstərici 35 min nəfərdən çox azalaraq 54515 nəfər təşkil edib. Bununla yanaşı, böhran dövründə məşğulluq xidmətlərinə müraciət edərək işlə təmin olunanların sayında da azalma qeydə alınıb. 2008-ci ildə bu xidmətdən yararlananların sayı 31144-dən 28342-yə qədər azalıb.

Tədqiqat çərçivəsində rəsmi göstəricilər əsasında işsizliyin struktur təhlili də aparılıb və müəyyən olunub ki, böhran dövründə əksər ölkələrdə iş yerini itirənlər əsasən gənclərdən ibarətdir, Azərbaycanda isə bu daha çox orta yaşlı insanlarda qeydə alınıb. Bundan əlavə, işsizliklə üzləşənlər (məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınanlar) arasında ali təhsillilər üstünlük təşkil edir.

Tədqiqatçılar bu halın iki mühüm səbəbini qeyd edirlər. Birincisi, təhsil sisteminin əmək bazarının tələblərini ödəyə bilmədiyi, ikincisi - ali təhsilli şəxslərin qanunvericiliklə bağlı daha çox məlumatlı olaraq, işsiz kimi qeydiyyata düşmələridir. Ən çox iş yeri itirən sektor - sənaye və tikintidir. Əmək qüvvəsinin miqrasiya göstəricisi üzrə Azərbaycanda daimi miqrasiyaya meyil digər MDB ölkələrindən fərqli olaraq aşağı səviyyədədir.

Ekspertlər əmək bazarında müsbət dəyişikliklərə nail olmaq üçün bir sıra təkliflər hazırlayıblar. Onların fikrincə, əmək bazarı ilə bağlı təqdiqatlar genişləndirilməlidir ki, onun informatik statistika bazasını təmin etmək mümkün olsun. Bununla yanaşı, əmək bazarında işə götürənlərlə işçilər arasında sosial dialoq imkanları genişləndirilməlidir. Qeyri-leqal işsizliyin aradan qaldırılması üçün inzibati deyil, iqtisadi (əməkhaqqı fondundan sosial ayırmaların azaldılması, əməkhaqqından tutulan vergilərin aşağı salınması və s.) vasitələrdən istifadə fayda verər.

Əmək bazarına əməkhaqlarının orta aylıq əməkhaqqı səviyyəsində hesablanması kimi inzibatı müdaxilələrə son qoyulması təklifi də irəli sürülür. İxtisaslı kadrların əmək bazarında iştirak imkanlarının artırılması üçün çox bacarıq tələb edən sahələrin inkişafını stimullaşdırmaq da problemdən çıxış yollarından biridir. İşsiz statusuna malik olanların işsiz müavinətindən istifadə hüquqları ilə təmin edilməsi də əsas təkliflər sırasında yer tutur.

Tədqiqat aidiyyəti qurumlara təqdim edilib. Baş Məşğulluq İdarəsindən Nizami Məmmədov "Məşğulluq haqqında" qanunun qəbul olunduğunu xatırladır və bu sahədə müəyyən irəliləyişlər olduğunu deyir. O, işsiz statusunun verilmə qaydaları ilə bağlı məsələyə aydınlıq gətirir:

"Qanunla vətəndaşa işsizlik statusu verilən kimi müavinətlə təmin edilir. Həmin müavinət 18 ayadək verilir. Bu müddətdən sonra onlara müavinət verilməsi dayandırılır. Çünki keçən müddət ərzində onlara müvafiq iş yerləri ilə bağlı təkliflər edilir".

Nizami Məmmədov gənclərə təhsili bitirən kimi işsizlik statusu verilməsi təklifini düzgün yanaşma saymır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xarici hərbi siyasət: 2009-cu ilin yekunları

Paradoks: işsiz əmək yarmarkasına üz tutmur

Azərbaycan teleməkanında fərqli "PopSTAR"

Temperatur 40 dərəcəni ötərsə

6 ayda istehsalatda 92 bədbəxt hadisə

Bölmənin digər xəbərləri
 
Daşqın kompensasiyasını yeyiblər
Çoxlu rüsvayçı faktlar aşkara çıxır...

Yeni hərbi-sosial qurum yaradıla bilər
Hökumətdə bu barədə müzakirə gedir

Ordudan yazanlar...
Onların problemləri ictimai müzakirəyə çıxarılır

Artım inflyasiyanı güclə kompensasiya edir
Amma minimum əməkhaqqı və pensiyalar daha çox artırıla bilərdi...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər