Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Texnikumlara qəbul başlanır
30 min 671 abituriyent imtahan verəcək
Şənbə, 28.08.2010


Tuncay
mətn ölçüsü  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 29-da cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 30671 abituriyent ərizə təqdim edib.

Cari tədris ili üçün 9 illik təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçiriləcək. Bakıda 13962, Sumqayıtda 2169, Naxçıvanda 906, Gəncədə 3884, Lənkəranda 1667, Mingəçevirdə 1111, Şəkidə 1493, Şirvanda 1555, Ağcabədidə 786, Göyçayda 1584, Qubada 1554 abituriyent imtahan verəcək. 1881 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Bu imtahanlara nəzarətçi qismində müvafiq bölgələrin müəllimləri ilə yanaşı, ətraf bölgələrdən olan qabaqcıl müəllimlər də cəlb olunub.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq. İmtahanın nəticələri sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı "Abituriyent" jurnalında dərc olunacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

TQDK son xəbərdarlığını etdi...

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı

Ali məktəblərin boş qalmış yerlərinə qəbul davam edir

Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr

Bölmənin digər xəbərləri
 
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Lakin bu dəfə də əvvəlki seçkilərin təcrübəsi tətbiq olunacaq

İctimai teleradio 5 yaşını qeyd edir
İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Bu şəxs ADNA-da teraktın təşkilatçılarından sayılır

ANAMA Türkiyəni minadan təmizləyir
Azərbaycan mütəxəssisləri əməliyyatda iştirak edirlər

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
Səbəb - Astara gömrüyündə baş vermiş dava-dalaş

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir

Dələduz "Nazirlər Kabineti əməkdaşı"
Onun apellyasiya şikayətinə baxılacaq

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
Ermənilər analoji işlə çoxdan məşğuldurlar

Qarabağ icması üzvləri Milli Qəhrəmanın ailəsinə baş çəkib
"Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib.

Estoniyadan Bakıya katerlər gətirilib
Yüksək sürətə malik qayıqlar patrul işində istifadə olunacaq

Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək

AMEA Tarix İnstitutunun direktoru: "Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir"
Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər

Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər