Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
AMEA Tarix İnstitutunun direktoru: "Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir"
Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər
Şənbə, 28.08.2010

mətn ölçüsü  

"Xudafərin Su Anbarında qazıntı aparılanda bizim də əlimizə Azərbaycan padşahının mumiyasının tapılması ilə bağlı şəkillər gəlib çatmışdı. Bu şəkillər çox naməlum şəraitdə çəkilib, bilmək olmur haradan tapılıb. Bu məsələ hələ aydınlaşdırılmayıb. Bu, təxribat xarakterli də ola bilər. Buna görə də yalnız araşdırma aparıldıqdan sonra məsələyə münasibət bildirmək olar". Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Xudafərin Su Anbarında qazıntı aparılan zaman Azərbaycan padşahının mumiyasının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Həmin şəkli AMEA-ya təqdim edən şəxsin kimliyini açıqlamaq istəməyən tarixçi alim bildirib ki, İran tərəfi Xudafərin Su Anbarında arxeoloji qazıntı aparılması barədə Azərbaycan tərəfini məlumatlandırmayıb: "Beynəlxalq qanunda da var ki, qazıntı işləri aparılarkən qarşı tərəfə məlumat vermək lazımdır. Çünki həmin yer Azərbaycanın tarixi ərazisidir. Mumiyanın aid olduğu dövrdə bu sərhədlər yox idi. Ora Azərbaycanın ərazisi idi. Amma sonra İran tərəfi qazıntı işləri zamanı belə mumiyanın tapıldığını təkzib edib". Y.Mahmudov deyib ki, İran qədim Azərbaycan ərazisində tapılan bütün arxeoloji materiallar barədə Azərbaycana məlumat verməlidir:

"Bunun mumiya olduğunu biz görməmişik. Gərək bu da araşdırılsın, bizim əlimizdə yalnız şəkillər var. Bu da hələ inandırıcı fakt deyil. Mumiyanı görmək lazımdır, Azərbaycan tərəfinə bu barədə məlumat verilməlidir. Əgər Azərbaycan ərazisində həqiqətən də belə tapıntı aşkarlanıbsa, bizim qonşuluq münasibətlərimiz, eyni zamanda bunun Azərbaycan tarixinə məxsus olması nəzərə alınaraq, Azərbaycan və İran tarixçiləri, arxeoloqları birgə araşdırma aparıb elmi bəyanat verməlidirlər. Bu tarixi birtərəfli qaydada gizli saxlamaq olmaz". Y.Mahmudov deyib ki, həqiqətən də belə mumiya tapılıbsa, İran tərəfinin bunu gizlətməyə ixtiyarı yoxdur: "Onlar deyə bilər ki, belə bir şey tapılmayıb. Ona görə də bunu təsdiqləyən lazımdır". AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova da APA-ya açıqlamasında həmin şəkilləri gördüyünü deyib:

"Şəkillər bizə gizli formada təqdim edilib. Mən ona baxdım, fikrimi də dedim ki, bu şəkil muzeydən çəkilib. Bir neçə mütəxəssis də yığışıb şəkillə bağlı mövqe bildirə bilmədi. Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər".

M.Rəhimova qazıntının kimlər tərəfindən və necə aparıldığı barədə məlumatsız olduğunu söyləyir. İnstitut direktoru da hesab edir ki, arxeoloji qazıntı aparılan zaman İran tərəfi Azərbaycan mütəxəssislərini bu işə cəlb etməli idi:

"Əgər cəlb etməyiblərsə, gərək bizim mütəxəssislər indi ora gedib, fikirlərini desinlər. Bu işə bizim mütəxəssislər cəlb olunduqdan sonra qəti bir söz deyə bilərik". İranın Azərbaycan səfirliyindən məsələyə münasibət bildirilməyib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xudafərin barədə Tehranda kitab buraxılacaq

Bölmənin digər xəbərləri
 
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Lakin bu dəfə də əvvəlki seçkilərin təcrübəsi tətbiq olunacaq

İctimai teleradio 5 yaşını qeyd edir
İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Bu şəxs ADNA-da teraktın təşkilatçılarından sayılır

ANAMA Türkiyəni minadan təmizləyir
Azərbaycan mütəxəssisləri əməliyyatda iştirak edirlər

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
Səbəb - Astara gömrüyündə baş vermiş dava-dalaş

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir

Dələduz "Nazirlər Kabineti əməkdaşı"
Onun apellyasiya şikayətinə baxılacaq

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
Ermənilər analoji işlə çoxdan məşğuldurlar

Qarabağ icması üzvləri Milli Qəhrəmanın ailəsinə baş çəkib
"Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib.

Estoniyadan Bakıya katerlər gətirilib
Yüksək sürətə malik qayıqlar patrul işində istifadə olunacaq

Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək

Texnikumlara qəbul başlanır
30 min 671 abituriyent imtahan verəcək

Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər