Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
Ermənilər analoji işlə çoxdan məşğuldurlar
Şənbə, 28.08.2010

İsmayıl mətn ölçüsü  

Yaxın günlərdə Bakı Dövlət Universitetində (BDU) Erməni Araşdırmaları Elmi Mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən xəbər verilmişdir. Bildirilir ki, "Erməni məsələsi" ilə bağlı ən aktual tarixi və çağdaş problemlərin öyrənilməsi, Ermənistanda baş verən ictimai-siyasi proseslərdən Azərbaycan ictimaiyyətinin xəbərdar edilməsi, Ermənistan dövlətinin və erməni diasporunun xarici ölkələrdə Azərbaycana və türk dünyasına qarşı apardığı ideoloji- təxribatçı fəaliyyətlər, onların qarşısının alınması üçün belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var. O deyib ki, BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzini əsl elmi-strateji, sosioloji araşdırma obyektinə çevirmək planlaşdırılır, gələcəkdə bu sahədə çalışmaq üçün mütəxəssis hazırlanmasına da diqqət ayrılacaq:

"Bu gün Ermənistanda baş verən proseslərin öyrənilməsi və elmi cəhətdən tədqiq edilməsi də Mərkəzin əsas fəaliyyət istiqamətlərindən olacaq, bu terrorçu dövlətin işğalçı xarakterini, təxribat və saxtakarlıqlarını istər ölkə içində, istərsə də xarici ölkələrdə keçirilən simpozium, konfrans və digər tədbirlərdə ifşa etmək, Azərbaycanın haqlı mübarizəsində dövlətimizin mövqeyini peşəkarlıqla müdafiə etmək üçün Mərkəzə bu işin mütəxəssisləri, xüsusi erməni dilini bilən şəxslər cəlb ediləcək. Mərkəz ermənidilli mətbuatda, İnternet saytlarında və TV-lərdə (Ermənistan İctimai TV, "Sant TV", "USArmenia TV", Yerkir-Media TV və s.) gedən yazıları sistemləşdirəcək, bunların əsasında analitik yazılar hazırlayacaq, araşdırmalar aparacaq.

Ermənilik ideologiyasının əsl mahiyyətini, onun təxribatçı xarakterini sistemli şəkildə öyrənmək və ifşa etmək də əsas məqsədlərdəndir. Mərkəzin ayrıca saytı yaradılacaq, elmi jurnalı nəşr ediləcək, bu mövzuda aparılan elmi tədqiqatlar, yazılan məqalələr müxtəlif dillərə tərcümə edilərək saytda yerləşdiriləcək və yayılacaq". BDU-nun Erməni Araşdırmaları Elmi Mərkəzinə araşdırmaçı-jurnalist Qafar Çaxmaqlı rəhbərlik edəcək.

Əlavə edək ki, ermənilər bu kimi analoji işlərlə çoxdan bəri məşğuldurlar. Onlar Türkiyə və Azərbaycanı diqqətlə izləyirlər. Türk jurnalisti Cəmil Yıldızın apreldə İrəvan Dövlət Universiteti türkologiya fakültəsinin magistraturada oxuyan üç tələbəsi ilə söhbəti dərc edilmişdi. Türk jurnalistin türkologiya dərsində iştirakına imkan verilməmişdi, amma universitetdən kənarda onunla danışmağa razılaşmışdılar. Erməni tələbələr türk jurnalistə açıqca bildirmişdilər ki, sizinlə qarşılaşmaq üçün türk dilini və ölkənizi öyrənirik, məqsədimiz diplomat olmaq, beynəlxalq platformada sizi küncə sıxışdırmaq, "soyqırımı" sizə qəbul etdirməkdir. Sizin Şərqi Anadolu dediyiniz yer bizim üçün Qərbi Ermənistandır və bu torpaqları öz sərhədlərimiz içində gördükdə bu mübarizə bitmiş sayılacaqdır. Onların iddia etdikləri torpaqlarda yaşayan 20-30 milyon insanın taleyi isə onların xəstə fantaziyasında bir heçdir.

Hər halda, belə görünür, bu xəmir çox su aparacaq və bir qədim məsəli unutmaq olmaz ki, "düşmən milçək olsa da, onu bir fil hesab et".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Namiq Abdullayevi yola salmaq lazımdır

Ümidləri doğruldan yoxdur

Boks yığmasına Kubadan mütəxəssis gətiriləcək

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?

BDU-nun tarixindən bəhs edən kitab çap olunub

Bölmənin digər xəbərləri
 
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Lakin bu dəfə də əvvəlki seçkilərin təcrübəsi tətbiq olunacaq

İctimai teleradio 5 yaşını qeyd edir
İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Bu şəxs ADNA-da teraktın təşkilatçılarından sayılır

ANAMA Türkiyəni minadan təmizləyir
Azərbaycan mütəxəssisləri əməliyyatda iştirak edirlər

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
Səbəb - Astara gömrüyündə baş vermiş dava-dalaş

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir

Dələduz "Nazirlər Kabineti əməkdaşı"
Onun apellyasiya şikayətinə baxılacaq

Qarabağ icması üzvləri Milli Qəhrəmanın ailəsinə baş çəkib
"Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib.

Estoniyadan Bakıya katerlər gətirilib
Yüksək sürətə malik qayıqlar patrul işində istifadə olunacaq

Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək

AMEA Tarix İnstitutunun direktoru: "Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir"
Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər

Texnikumlara qəbul başlanır
30 min 671 abituriyent imtahan verəcək

Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər