Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Bu şəxs ADNA-da teraktın təşkilatçılarından sayılır
Şənbə, 28.08.2010


S.Abbaszadə
mətn ölçüsü  

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun rəsmi internet səhifəsində yerləşdirilib. APA-nın məlumatına görə, 59 yaşlı Mardun Qumaşyan İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosu tərəfindən axtarışa verilib. Mardun Qumaşyan haqqındakı məlumatlar bu linkdə yerləşdirilib: http://www.interpol.int/public/Data /Wanted/Notices/Data/2010/05/2010_34005.asp

Qeyd edək ki, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Hadisə ilə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. İş üzrə təqsirləndirilənlər Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub. ` Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son bilgilərə görə, bu şəxs Gürcüstanın Bolnisi rayonunda - öz kəndində yaşayır, çörək ticarəti ilə məşğuldur və bu ittihamı rədd edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ADNA teraktının məhkəməsində etirazlar yaşandı

Bölmənin digər xəbərləri
 
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Lakin bu dəfə də əvvəlki seçkilərin təcrübəsi tətbiq olunacaq

İctimai teleradio 5 yaşını qeyd edir
İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir

ANAMA Türkiyəni minadan təmizləyir
Azərbaycan mütəxəssisləri əməliyyatda iştirak edirlər

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
Səbəb - Astara gömrüyündə baş vermiş dava-dalaş

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir

Dələduz "Nazirlər Kabineti əməkdaşı"
Onun apellyasiya şikayətinə baxılacaq

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
Ermənilər analoji işlə çoxdan məşğuldurlar

Qarabağ icması üzvləri Milli Qəhrəmanın ailəsinə baş çəkib
"Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib.

Estoniyadan Bakıya katerlər gətirilib
Yüksək sürətə malik qayıqlar patrul işində istifadə olunacaq

Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək

AMEA Tarix İnstitutunun direktoru: "Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir"
Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər

Texnikumlara qəbul başlanır
30 min 671 abituriyent imtahan verəcək

Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər