Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
İctimai teleradio 5 yaşını qeyd edir
İctimai teleradio 5 yaşını qeyd edir
İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir
Şənbə, 28.08.2010

İ.Umudlu mətn ölçüsü  

İctimai televiziyanın efirə çıxmasından 5 il keçir və dünən bu yubiley münasibətilə Filarmoniyada bayram toplantısı təşkil olunmuşdu. Yubiley günü isə - 29 avqustdur. Beş il əvvəl avadanlıqsız, texnikasız, hətta ünvansız bir vəziyyətdə İTV-nin fəaliyyətinə start verilib, bu gün isə onun demək olar hər şeyi var - ayrıca binası, yaxşı sayıla biləcək texniki imkanları, öz yaradıcılıq üslubu və cəmiyyət hadisələrinə özünəxas baxışı, toplumda yüksək reytinqi. Bir sözlə, bu ötən beş ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti çox şeyə nail olub və teleməkanda özünə məxsus yer tutmağı, sabit auditoriya qazanmağı bacarmışdır.

Bu gün toplum arasında İTV barədə ümumi fikir belədir ki, vətəndaş bu TV-yə ailəvi surətdə oturub baxa bilir və xoşagəlməz görüntülərlə üzləşəcəyindən ehtiyat etmir. Onun efirində ədəbsiz söhbətlərə, davranışlara, ucuz şou-biznes qalmaqallarına rastlanmır. Onu "milli TV" sayanlar da var - çünki burada xalq sənətinə, xalq musiqisinə, aşıq yaradıcılığına hər zaman yer verilir, dəyərli ziyalıları onun açıq efirindən bu və digər ictimai və siyasi məsələlər barədə fikir söyləyən görürük.

Əgər xatırlayırıqsa, İctimai Televiziya ideyası o günlər ən çox müzakirə olunan mövzulardan idi. Bizdə ictimai yayım modelinə örnək yox idi və hər şeyi sıfırdan başlamaq lazım gəlirdi. Bu yeni tip elektron media institutundan həm beynəlxalq qurumlardan, həm də daxildən umacaqlar çox idi.

İTV Azərbaycan toplumunda çeşidli, çoxqütblü düşüncə və ideyaları bir prizmadan keçirərək ortaq məxrəcə gətirə biləcək bir teleradio mərkəzi kimi düşünülmüşdü. Milli həmrəyliyin, vətəndaş cəmiyyətinin formalaşmasında neytral və demokratik institut kimi çıxış etməli idi. Və çətin məsələ sayılırdı. Bu, təkcə Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərdən biri deyil, həm də toplumdan gələn bir sosial sifariş idi.

İTV baş redaktoru İsmayıl Ömərov hesab edir ki, qurumun fəaliyyətinin ilk bir ili ərzindəcə onlar özlərinə auditoiya təmin etməyi, media mühitində uğur qazanmağı bacarmışlar. Bu müddəti bir media orqanının oturuşması üçün "kosmik sürət" sayır. Və etiraf edir ki, dövlət başçısının dəstəyi olmasaydı, bütün bunlar mümkün olmazdı.

İTV-dən əldə etdiyimiz bilgilərə görə, maddi-texniki bazanı möhkəmləndirmək planı yerinə yetirilib. İndi bütün studiyalar rəqəmsal avadanlıqla təchiz edilib. İTRYŞ bu gün üç səyyar televiziya stansiyası, ölkələrarası canlı telekörpülər üçün nəzərdə tutulan mobil peyk ötürücüsü, üç müasir digital Betacam - DVW 970 kameraları, M 2000 P videomaqnitofonları, ölkədə ən böyük telepavilyonu və studiyası olan modern bir telekanaldır.

Bundan başqa, İTV ölkəmizdən Avropa Yayım Birliyinə üzv qəbul edilən ilk və yeganə telekanaldır.

REKLAM

Məhz bu üzvlüyün sayəsində ölkəmiz üçüncü dəfədir ki, qoca qitənin nüfuzlu "Avrovizion" mahnı yarışmasında təmsil olunur və yüksək yerlər tutur.

İTV barəsində belə bir mülahizə də var: "məzmunca milli, formaca çağdaş". Baş redaktor İsmayıl Ömərov ən böyük uğurları qismində üç istiqaməti - İTV-nin əsl ziyalı tribunasına çevrildiyini, söz sənətinin yenidən urvata mindirildiyini, milli mədəniyyətə yeni nəfəs verildiyini ayrıca qeyd edir. "Carçı", "Yekun", "Yeni gün", "Gerçəyin özü", "Ozan", "Salam, əsgər!", "Bir mahnının tarixçəsi", "Çarpaz baxış", "Açıq dərs", "Sözün sehri", "Ortaq məxrəc", "Yeni dalğa", "Körpü", "Muğam albomu" kimi verilişlərin adını çəkir. Qeyd edir ki, "Qərib axşamlar" proqramına dünyadakı bütün azərbaycanlılar baxır.

Yaradıcı kollektivə münasibətə gəldikdə, baş redaktorun fikrincə, teleradionun hər bir əməkdaşı öncə vətənsevər olmalıdır, deyir ki, burada çalışanların hər biri jurnalistikaya sədaqət andı içmişdir. İsmayıl Ömərov ictimai yayım modelini "xalq üçün yayım" kimi izah edir.

Baş redaktor öz fəaliyyətlərinin başqa bir parametrinə toxunur. Bu gün ölkədə İTV qədər beynəlxalq əlaqələrə malik ikinci bir telekanal yoxdur. Macarıstanın "Duna" televiziyası ilə birbaşa əməkdaşlığa başlamaqla, Avropa teleməkanına ilk pəncərə buradan açılıb. TRT ilə ortaq TRT-AVAZ-dakı "Yeni gün" proqramı, "Türkiyənin səsi" radiosu ilə İctimai Radionun birgə həyata keçirdiyi "Qorqud Ata" verilişinin əhəmiyyətini isə qeyd etməyə ehtiyac yoxdur. Bu iki veriliş bütün Türk Dünyasında populyar olub. Gerçəkdən, bu iki veriliş Turan elləri arasında mənəvi körpüdür və indiki narahat çağımızda xüsusilə böyük önəm daşımaqdadır. Bunu təqdir etməyimiz lazım gəlir.

Başqa bir detal: əməkdaşlar normal sayıla bilən maaş alır. Bəlli olur ki, İTV-də məzuniyyətə çıxmaq, sanatoriyada müalicəyə getmək, ailəliklə istirahət mərkəzində dincəlmək, toyda-yasda yardım almaq, idmanla məşğul olmaq "məcburidir". Onların bütün bu işlərlə məşğul olan Həmkarlar Təşkilatı var. İşçilərin sosial haqları qorunur, təmin edilir - buna inanın. Onların Qubada "Ekran" istirahət mərkəzi var, şirkətin balansında olan bu mərkəzdə əməkdaşlar həm təklikdə, həm də ailəliklə dincələ bilirlər. Burada qalmaq və səhər yeməyi həmkarlar təşkilatının hesabınadır. Şirkət əməkdaşlarının öz futbol və voleybol komandaları var. Onların futbolçuları builki "Media kuboku" mini-futbol turnirinin qalibi olmuşlar.

Təbii ki, İTV-nin milli, demokratik və müstəqil bir media qurumu olduğunu söyləmək kimlərəsə mübahisəli görünə bilər, onun yayımları kimlərisə qane edə, kimlərisə qane etməyə bilər, lakin belə bir gerçəkliklə razılaşmaq lazım gəlir ki, bu gün azərbaycanlıların böyük kütləsi tərəfindən İTV yayımları normal qarşılanır, insanlar oturub ona baxırlar və əsəbiləşmirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb

YAP yarım milyona çatdı

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?

Sumqayıt şəhərinin yubileyi qeyd olunub

Bakıda dinlərarası dialoq konfransı keçirilir

Bölmənin digər xəbərləri
 
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Lakin bu dəfə də əvvəlki seçkilərin təcrübəsi tətbiq olunacaq

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Bu şəxs ADNA-da teraktın təşkilatçılarından sayılır

ANAMA Türkiyəni minadan təmizləyir
Azərbaycan mütəxəssisləri əməliyyatda iştirak edirlər

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
Səbəb - Astara gömrüyündə baş vermiş dava-dalaş

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir

Dələduz "Nazirlər Kabineti əməkdaşı"
Onun apellyasiya şikayətinə baxılacaq

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
Ermənilər analoji işlə çoxdan məşğuldurlar

Qarabağ icması üzvləri Milli Qəhrəmanın ailəsinə baş çəkib
"Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib.

Estoniyadan Bakıya katerlər gətirilib
Yüksək sürətə malik qayıqlar patrul işində istifadə olunacaq

Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək

AMEA Tarix İnstitutunun direktoru: "Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir"
Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər

Texnikumlara qəbul başlanır
30 min 671 abituriyent imtahan verəcək

Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər