Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
Lakin bu dəfə də əvvəlki seçkilərin təcrübəsi tətbiq olunacaq
Şənbə, 28.08.2010

İdrak mətn ölçüsü  

Avqustun 18-də Azərbaycan Daxili İşlər Nazirliyində bu il noyabrın 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib. APA-nın xəbərinə görə, bu barədə seçki komissiyası üzvləri qarşısında çıxışında daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.

Nazir müavini bildirib ki, həmin tədbirlər planı yerli polis orqanlarına göndərilib. Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı "exit-poll" keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb.

Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub.

"Ancaq əmin ola bilərsiniz ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir", - deyə Oruc Zalov bildirib.

Belə ki, dünən Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. Kursların beşinci günündə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov "Seçki orqanlarında daxili işlər orqanlarının rolu" mövzusunda məruzə ilə çıxış edib.

Oruc Zalovun sözlərinə görə, əvvəlki seçkilərdə Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib:

"Bu il keçiriləcək parlament seçkisi zamanı da Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Ümid edirəm ki, bu seçki prosesi də uğurla başlayacaq, uğurla yekunlaşacaq".

O.Zalov bildirib ki, Azərbaycan polisi bir sıra qabaqcıl ölkələr və ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edir.

Qeyd edək ki, avqustun 23-də başlanmış kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Nazir müavini onu da qeyd edib ki, Daxili İşlər Nazirliyində bu il keçiriləcək parlament seçkisi ilə bağlı təsdiqlənmiş tədbirlər planında yerli polis orqanlarına noyabrın 6-dək 18 yaşı tamam olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması tapşırılıb.

O.Zalov bildirib ki, seçki kampaniyası zamanı kütləvi aksiyalar yerli icra orqanlarına xəbərdarlıq edildikdən sonra və həmin qurumların göstərdiyi konkret yerlərdə keçirilə bilər. Qalan bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq.

Nazir müavini Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılmış 700 kameradan qanunsuz halların qarşısının alınmasında istifadə olunacağını da açıqlayıb.

O.Zalov sentyabrın 1-dən 9-dək Gəncə, Yevlax, Mingəçevir, Xaçmaz, Şirvan və Bakı şəhərinin Nərimanov rayonunda seçkilərlə bağlı polislər üçün zona seminar-məşğələləri keçiriləcəyini deyib.

Nazir müavini Azərbaycan polisinin parlament seçkisinə müdaxilə etməyəcəyini bildirir. я


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır

YAP bələdiyyə seçkilərinə hazırlaşır

Avropa müxalifəti seçkilərə dəvət edir

Dərbənddəki varlığımıza qarşı mənhus planlar

Polis zabitini qətlə yetirənin məhkəməsi başladı

Bölmənin digər xəbərləri
 
İctimai teleradio 5 yaşını qeyd edir
İsmayıl Ömərov bu yayım modelini "xalq üçün yayım" kimi izah edir

Mardun Qumaşyan barədə beynəlxalq axtarış verildi
Bu şəxs ADNA-da teraktın təşkilatçılarından sayılır

ANAMA Türkiyəni minadan təmizləyir
Azərbaycan mütəxəssisləri əməliyyatda iştirak edirlər

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
Səbəb - Astara gömrüyündə baş vermiş dava-dalaş

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur
Proses korrupsiyaya qarşı mübarizə çərçivəsində gedir

Dələduz "Nazirlər Kabineti əməkdaşı"
Onun apellyasiya şikayətinə baxılacaq

BDU-da Erməni Araşdırmaları Elmi Mərkəzi işə başlayır
Ermənilər analoji işlə çoxdan məşğuldurlar

Qarabağ icması üzvləri Milli Qəhrəmanın ailəsinə baş çəkib
"Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib.

Estoniyadan Bakıya katerlər gətirilib
Yüksək sürətə malik qayıqlar patrul işində istifadə olunacaq

Əla və yaxşı qiymətlərə - qızıl və gümüş medal
Lakin bu medallar qəbulda üstünlük verməyəcək

AMEA Tarix İnstitutunun direktoru: "Mumiya aşkarlanıbsa, İran Azərbaycan tərəfə mütləq məlumat verməlidir"
Şəklin Azərbaycan tərəfinə göstərilməsində başqa məqsədlər də ola bilər

Texnikumlara qəbul başlanır
30 min 671 abituriyent imtahan verəcək

Tovuzda Göytəpə məskənində qazıntılar gedir
Burada Tokio Universiteti arxeoloqları işləyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər