Oktyabrda Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri gözlənir. Səfər çərçivəsində iki ölkənin Prezidentlər Şurasının ikinci iclası keçiriləcək. APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Eynulla Mədətlinin etimadnaməsini qəbul edərkən deyib.
Viktor Yanukoviç iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnun olduğunu söyləyib: "Mən bizim strateji tərəfdaşımız Azərbaycanla münasibətlərin dinamikasından razıyam".
Yeri gəlmişkən, İtaliyanın xarici işlər naziri Franko Frattini sentyabrın 7-də Azərbaycana gələcək. Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, F.Frattininin səfərində məqsəd ikitərəfli əlaqələri müzakirə etməkdir. Səfərin proqramı hazırlıq mərhələsindədir.
|