Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Tomas de Vaal: "Ermənistan məcburən Rusiya ilə anlaşma imzalayıb"
Tomas de Vaal: "Ermənistan məcburən Rusiya ilə anlaşma imzalayıb"
İrəvanın "ucuz təhlükəsizliyə" ehtiyacı varmış
Şənbə, 28.08.2010

C.Məmmədov mətn ölçüsü  

"Ermənistan kifayət qədər çətin vəziyyətdə olduğundan bu anlaşmaya imza atıb". Bu sözləri beynəlxalq sülh naminə Karnegi Fondunun baş elmi əməkdaşı, Qarabağ münaqişəsinə həsr olunmuş "Qara bağ" kitabının müəllifi Tomas de Vaal "Azadlıq" radiostansiyasına bu yaxınlarda imzalanan Ermənistan - Rusiya hərbi protokolunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan Ermənistan - Türkiyə münasibətlərinin normallaşmasına böyük ümidlər bəsləmişdi, bu işə o böyük siyasi kapital yatırmışdı, lakin proses, məlum olduğu kimi, öz həllini tapa bilmədi.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Karnegi Fondunun baş elmi əməkdaşı bu münaqişənin dalana dirəndiyini deyib:

"Bununla bağlı Azərbaycan səs-küy salır. Məhz buna görə də Rusiya imkandan istifadə etdi və Ermənistana bu təklifi irəli sürdü. Pulu olmayan, iqtisadiyyatı gərgin vəziyyətdə olan və hərbi sursatlar almaq üçün lazımi vəsaitə malik olmayan Ermənistan ucuz təhlükəsizliyə razılıq verdi".

Ekspert Rusiyanın bu regionda iqtisadi maraqlarının olduğunu hesab edir.

"Rusiyanın Ermənistan iqtisadiyyatında payının olması olduqca mühüm məsələdir. Ümumilikdə Rusiya Azərbaycanla ciddi və real siyasi əlaqələrdə olan Gürcüstanı itirib. Hətta Ermənistanın çox sayda tərəfdaşları var. Belə ki, İrəvan NATO proqramlarında iştirak edir, ABŞ və Avropa Birliyi ilə yaxşı münasibətlərə malikdir. Bir sözlə, xarici siyasət sferasında xeyli sayda tərəfdaşları var və hər şeyini Rusiyaya vermək niyyətində deyil", - deyə Tomas de Vaal qeyd edib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Qarabağla bağlı forum keçirilib

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç sentyabrın əvvəlində Azərbaycana gələcək.

Bakı ATƏT-ə müraciət etməyib
Azərbaycanın qurumdakı nümayəndəliyi XİN-dən tapşırıq almayıb

Qarabağ məsələsi yenidən BMT tribunasına çıxarılır
Ermənistan XİN isə narahatlıqla bizə "xəbərdarlıq" edib

Türk PA Bakıda toplantı keçirəcək
Assambleyanın rəsmi saytı fəaliyyətə başlayıb

Pakistana yardımlar davam etdirilir
Prezident bu barədə təlimat verib

ATƏT-in bəzi işləri Pənahovun xoşuna gəlmir
Amma MSK sədri onlara minnətdarlıq da bildirir

"Ermənistanla sərhədlərin açılması gündəmimizdə deyil"
Bu bəyanatı Türkiyənin xarici işlər naziri təkrar etdi

Prezident oktyabrda Ukraynaya gedəcək
Sentyabrda isə İtaliyanın baş diplomatı ölkəmizə gələcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər