Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Pakistana yardımlar davam etdirilir
Prezident bu barədə təlimat verib
Şənbə, 28.08.2010

C.Məmmədov mətn ölçüsü  

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, sel və daşqınlardan əziyyət çəkən insanlara kömək məqsədilə Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərilib. Bu barədə APA-ya Azərbaycanın Pakistan səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, dövlət başçısı 2 ədəd "İl-76" tipli yük təyyarəsi ilə Pakistana humanitar yardım göndərilməsi haqqında da təlimat verib. Həmin təyyarələrdən biri 40 tonluq humanitar yardımı avqustun 27-də Pakistana çatdırıb. İkinci təyyarənin isə avqustun 29-da Pakistana gedəcəyi gözlənilir. Azərbaycanın bu addımları Pakistan hökuməti və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, avqustun 27-də Pakistana çatdırılmış yardım Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ayrılmış, ümumi çəkisi 40 ton, dəyəri 350 000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən digər zəruri mallardan ibarət olub.

Avqustun 29-da isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ayırdığı 104 834 manat dəyərində olan qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük təyyarə ilə Pakistana göndəriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Pakistan generalları Azərbaycana gələcək

ABŞ Senatı Ermənistana maliyyə yardımını azaltdı

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Bölmənin digər xəbərləri
 
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç sentyabrın əvvəlində Azərbaycana gələcək.

Bakı ATƏT-ə müraciət etməyib
Azərbaycanın qurumdakı nümayəndəliyi XİN-dən tapşırıq almayıb

Qarabağ məsələsi yenidən BMT tribunasına çıxarılır
Ermənistan XİN isə narahatlıqla bizə "xəbərdarlıq" edib

Türk PA Bakıda toplantı keçirəcək
Assambleyanın rəsmi saytı fəaliyyətə başlayıb

ATƏT-in bəzi işləri Pənahovun xoşuna gəlmir
Amma MSK sədri onlara minnətdarlıq da bildirir

"Ermənistanla sərhədlərin açılması gündəmimizdə deyil"
Bu bəyanatı Türkiyənin xarici işlər naziri təkrar etdi

Tomas de Vaal: "Ermənistan məcburən Rusiya ilə anlaşma imzalayıb"
İrəvanın "ucuz təhlükəsizliyə" ehtiyacı varmış

Prezident oktyabrda Ukraynaya gedəcək
Sentyabrda isə İtaliyanın baş diplomatı ölkəmizə gələcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər