Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qarabağ məsələsi yenidən BMT tribunasına çıxarılır
Qarabağ məsələsi yenidən BMT tribunasına çıxarılır
Ermənistan XİN isə narahatlıqla bizə "xəbərdarlıq" edib
Şənbə, 28.08.2010

C.Məmmədov mətn ölçüsü  

Sentyabrın 14-də Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası açılır. Sessiyanın gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə daxildir. Bu sənəd digər sənədlər, məsələn, Gürcüstanın təklif etdiyi "GUAM ərazisində yubadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri haqqında" qətnamə kimi artıq 3-cü ildir müzakirəyə çıxarılır.

Həmin sənədlərin mətnləri dərc olunmayıb və nəyin müzakirə olunacağı bir o qədər aydın deyil. Məsələ bundadır ki, 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycanın təklif etdiyi eyniadlı qətnamə qəbul olunub. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir, "bütün erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması" tələb olunur, Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmaları üçün təbii, təhlükəsiz və bərabər həyat şəraitinin təmin olunmasının vacibliyi qeyd olunur.

Qətnamə 39 səs lehinə (onlar əsasən İslam Konfransı Təşkilatının üzvləri idi), 7 səs əleyhinə, 100 nəfər bitərəf olmaqla qəbul edilib. Qətnaməni dəstəkləməyənlər arasında ATƏT-in Minsk Qrupu ölkələri də olub ki, bu da rəsmi Bakının narazılığına səbəb olub. O zaman ABŞ-ın BMT-dəki nümayəndəsi Aleksandr Vulf bildirmişdi ki, bu qətnamə münaqişənin nizamlanması ilə bağlı bütün yanaşmaları əks etdirmir. Rusiya XİN isə bəyan etmişdi ki, qətnaməyə yalnız Azərbaycanın maraqlarına uyğun prinsiplər daxil edilib.

BMT İnformasiya Mərkəzindəki mənbə "Turan"ın Vaşinqton müxbirinə bildirib ki, Azərbaycan "Qarabağla münasibətdə Kosovo ssenarisinin təkrarına yol verilməməsi üçün bu məsələni gündəlikdə saxlamağa çalışır".

Qeyd edək ki, həmin gün Serbiyanın təklif etdiyi qətnamə də müzakirəyə çıxarılacaq. Sənəddə bu yaxınlarda Beynəlxalq Məhkəmənin Kosovonun müstəqilliyinin qanuni olması haqqında qərarının tanınmadığı bildirilir.

Ermənistan XİN isə Azərbaycana xəbərdarlıq edib: nazirlik BMT Baş Assambleyasında Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə ittiham edən yeni bir qətnamə qəbul etmək üçün göstərilən səyləri pisləyib. Ermənistan XİN bildirir ki, Azərbaycan bununla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl yaradır. XİN-in sözçüsü Tiqran Balayan "Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, əgər o sənəd qəbul olunsa, bu, Qarabağ münaqişəsinin həlli üçün göstərilən beynəlxalq səylərə ciddi zərbə olacaq (?). O bildirib ki, erməni diplomatları artıq bu sənədin qarşısını almağa çalışırlar (!). Yerevan inanır ki, ATƏT-in Minsk Qrupundan başqa, heç bir beynəlxalq təşkilat münaqişənin həllinə cəlb olunmamalıdır. Tiqran Balayanın rahatsızlığını anlayırıq.

Ermənistanın BMT-dəki nümayəndəliyinin rəhbəri olmuş, hazırda müxalifət lideri Aleksandr Arzumanyan isə bildirib ki, sənədin qəbulunun qarşısını almaq mümkün olmayacaq:

"Baş Assambleyanın nizamnaməsinə əsasən, yalnız 5 ölkə qətnamə layihəsinin lehinə səs versə və BMT üzvləri olan bütün digər ölkələr bitərəf qalsa, qəbul olunmuş sayılır. Belə vəziyyətlərdə isə adətən ölkələrin çoxu bitərəf qalır".

Azərbaycan XİN mətbuat xidməti Baş Assambleyanın müzakirəsinə çıxarılacaq qətnamə ilə bağlı məsələni hələlik şərh etmir. XİN sözçüsü Elxan Poluxov isə məsələ ilə bağlı ancaq avqustun 30-da şərh verə biləcəyini bildirdi:

"Məsələnin mahiyyətini bilmirəm, fərziyyələrlə danışmaq isə düzgün olmaz. Mən nazirlik daxilində mövqe öyrənəndən sonra şərh edə bilərəm".

Politoloq Rasim Musabəyov isə deyib ki, Azərbaycanın bu məsələni yenidən qaldırması münaqişəyə diqqəti cəlb etmək baxımından vacibdir:

"Bu məsələ həllini tapmayıb və həllini tapmadıqca, Azərbaycan tərəfi bu cür və bundan da sərt qətnamələrlə çıxış edəcək. Düşünürəm ki, Azərbaycan düz hərəkət edir. Ermənilər bundan narahat olduqları üçün belə bəyanatlarla çıxış edirlər. Onların bəyanatlarının əhəmiyyəti yoxdur. Özləri 100 il bundan əvvəl olan və olmayan hadisələr üçün qapı qalmır döyür, onu daim gündəliyə gətirirlər, ancaq Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı qaldırdığı məsələləri sülh danışıqlarına zidd sayırlar"...

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, BMT-də qəbul olunan qətnamələr danışıqlar prosesinin əleyhinə olmasa da, münaqişənin xeyrinə də şərait yaratmır. O deyir:

"Əvvəllər də belə qətnamələr olub. Amma bu qətnamələr münaqişənin həllini sürətləndirmir, onlar işləmir. Hətta vasitəçilər - Minsk Qrupunun həmsədrləri belə münaqişənin həllində o qətnamələri əsas tutmurlar. Əgər onları əsas tutmurlarsa, digər qəbul olunan qətnamələrdən danışmağa dəyməz. Görünür, Azərbaycan hakimiyyəti münaqişənin həlli mövzusunu ara-sıra BMT səviyyəsinə çıxarmağa çalışır. Ancaq BMT-nin özü də bu cür qətnamələri qəbul etməsinə baxmayaraq, hər dəfə münaqişənin həlli ilə ATƏT-in məşğul olduğunu, bu işə də onun məsuliyyət daşıdığını vurğulayır". E.Şahinoğlunun fikrincə, bu cür qətnamələrin qəbul olunması hardasa Azərbaycanın imici üçün müsbət şərait yaradır, ancaq münaqişənin həlli prosesini sürətləndirmir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

BMT Azərbaycan hökumətini tənqid etdi

BMT baş katibi Beynəlxalq Sülh Günü münasibətilə müraciət edib

Avstraliya Azərbaycana nota verdi

"Azərbaycan bayrağı İst-river sahilində"

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"

Bölmənin digər xəbərləri
 
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç sentyabrın əvvəlində Azərbaycana gələcək.

Bakı ATƏT-ə müraciət etməyib
Azərbaycanın qurumdakı nümayəndəliyi XİN-dən tapşırıq almayıb

Türk PA Bakıda toplantı keçirəcək
Assambleyanın rəsmi saytı fəaliyyətə başlayıb

Pakistana yardımlar davam etdirilir
Prezident bu barədə təlimat verib

ATƏT-in bəzi işləri Pənahovun xoşuna gəlmir
Amma MSK sədri onlara minnətdarlıq da bildirir

"Ermənistanla sərhədlərin açılması gündəmimizdə deyil"
Bu bəyanatı Türkiyənin xarici işlər naziri təkrar etdi

Tomas de Vaal: "Ermənistan məcburən Rusiya ilə anlaşma imzalayıb"
İrəvanın "ucuz təhlükəsizliyə" ehtiyacı varmış

Prezident oktyabrda Ukraynaya gedəcək
Sentyabrda isə İtaliyanın baş diplomatı ölkəmizə gələcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər