![]() |
çap et |
|
|||
"Rəsmi Bakı Rusiya və Ermənistan arasında avqustun 20-də imzalanan protokolun Avropada Adi Silahlı Qüvvələrə dair Müqaviləyə zidd olub-olmadığını araşdırmaq üçün ATƏT-ə müraciət etməyib". Bu barədə "Mediaforum" saytına Azərbaycanın ATƏT nümayəndəliyində belə deyiblər.
Bildiriblər ki, məsələ ilə bağlı araşdırmalar başlanması üçün Azərbaycanın Xarici İşlər Nazirliyindən heç bir tapşırıq almayıblar: "Əgər ATƏT-ə müraciət olsaydı, bu, Azərbaycanın təşkilatdakı nümayəndəliyi vasitəsi ilə olardı. Hələlik bununla bağlı göstəriş almamışıq". Nümayəndəlikdən onu da deyiblər ki, ATƏT katibliyinin heyəti hazırda yay məzuniyyətindədir və faktik olaraq iş dayandırılıb: "Katibliyin əməkdaşları sentyabrın 2-də məzuniyyətdən qayıdacaq. Ola bilər ki, Azərbaycanın indiyədək ATƏT-ə müraciət etməməsi bununla bağlıdır və qarşıdakı günlərə müraciət olunacaq". |