ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç sentyabrın əvvəlində Azərbaycana gələcək. APA-nın məlumatına görə, D. Miyatoviç sentyabrın 6-da ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə birgə təşkil edəcəyi "KİV-də özünütənzimləmə yolu ilə söz azadlığının təmin edilməsi" mövzusunda konfransda iştirak edəcək.
Tədbirə hökumət, mətbuat, vətəndaş cəmiyyətinin nümayəndələri və xarici qonaqlar qatılacaq.
|