Bu günlərdə İspaniyadan qayıdan müğənni Nadir Qafarzadənin həm ziyarət, həm ticarət etdiyi məlum olub. Daha dəqiq desək, sənətçi istirahəti ilə yanaşı işlərini də görməyi unutmayıb. Belə ki, Nadir Qafarzadə bu Pireney ölkəsində növbəti klipini çəkdirib.
Nadir Qafarzadənin bu klipində onun İspaniya səfəri tam olaraq öz əksini tapıb. Çəkilişlər əsasən Madrid küçələrində və Hava Limanında aparılıb.
Onu da qeyd edək ki, klip yalnız görüntüləri ilə deyil, həm də adı ilə fərqlənir. Müəllifi Murad Arif olan mahnı "Rakkada çikkada" adlanır. Ekran əsərinin müəllifi isə rejissor Rüfət Nəzərlidir. Rejissorun sözlərinə görə, klip rəngarəngliyi ilə digər kiçik ekran əsərlərindən seçiləcək.
"İşimi tərifləmək kimi çıxmasın, amma çox maraqlı və eyni zamanda ritmik, dinamik klip alınıb. Bildirim ki, qrafika üslubunda montaj olunan klipin bir hissəsi HD formatlı Foto Kanon-a, yarısı isə HD formatlı kameraya çəkilib.
Qeyd edək ki, klip bu gündən etibarən efirlərdə yayımlanacaq.
|