![]() |
çap et |
|
|||
Azərbaycan müəlliflərinin mahnılarını səsləndirən türk sənətçilərin siyahısına Ebru Dastanın da adı əlavə edilib. Sənətçi musiqisi Kamal müəllimə, sözləri Baba Vəziroğluna məxsus olan "Yenə yaz gələcək" mahnısını repertuarına daxil edib. Xatırladaq ki, mahnının ilk ifaçısı müğənni Röya olub. Söz müəllifi Ebru Şallının ifası üçün məhz bu bəstəni təqdim edib. Əməkdaşlıq üçün isə koordinator işini konsert təşkilatçısı kimi tanıdığımız Nahid Emiloğlu üzərinə götürüb.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun "Ayna" qəzetinə bildirdiyinə görə, Ebru Şallı sözügedən mahnını məhz Azərbaycan dilində səsləndirib. "Bu, müəlliflər üçün sürpriz oldu. Mahnı orijinal variantından çıxarılmamaq şərti ilə türk sənətçinin ifasında lentə yazılıb. Bu günlərdə mahnını Nahid bəy bizə təqdim edib. Yəqin ki, tezliklə dinləyicilər də yeni ifanı eşidəcəklər" - deyə Baba Vəziroğlu bildirdi. |