Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Ebru Şallı Röyanın mahnısını oxudu
Ebru Şallı Röyanın mahnısını oxudu
Azərbaycan bəstəsində sözlər dəyişdirilməyib
Şənbə, 28.08.2010

Zəminə mətn ölçüsü  

Azərbaycan müəlliflərinin mahnılarını səsləndirən türk sənətçilərin siyahısına Ebru Dastanın da adı əlavə edilib. Sənətçi musiqisi Kamal müəllimə, sözləri Baba Vəziroğluna məxsus olan "Yenə yaz gələcək" mahnısını repertuarına daxil edib. Xatırladaq ki, mahnının ilk ifaçısı müğənni Röya olub. Söz müəllifi Ebru Şallının ifası üçün məhz bu bəstəni təqdim edib. Əməkdaşlıq üçün isə koordinator işini konsert təşkilatçısı kimi tanıdığımız Nahid Emiloğlu üzərinə götürüb.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun "Ayna" qəzetinə bildirdiyinə görə, Ebru Şallı sözügedən mahnını məhz Azərbaycan dilində səsləndirib.

"Bu, müəlliflər üçün sürpriz oldu. Mahnı orijinal variantından çıxarılmamaq şərti ilə türk sənətçinin ifasında lentə yazılıb. Bu günlərdə mahnını Nahid bəy bizə təqdim edib. Yəqin ki, tezliklə dinləyicilər də yeni ifanı eşidəcəklər" - deyə Baba Vəziroğlu bildirdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

Röya tarixə düşəcək?

Röya 4 gün oxuyacaq

Rəhim Rəhimlinin verilişi bağlanıb?

Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq

Bölmənin digər xəbərləri
 
"Bəstəkarlara "mahnını bəyənmirəm" deyə bilmərəm"
İndiki mahnılar Aygün Kazımovanın oxu tərzini dəyişib

Brilyant Dadaşova: "Bu insanlar məni 37-ci il qurbanı kimi Sibirə də göndərərlər"
Müğənni intriqa yaradan söhbətlərə imkan vermir

Nadir Qafarzadə İspaniyada klip çəkdirib
Həm ziyarət, həm ticarət olub

NEXT qrupu klipinə məşhur xanımları çəkib
Ona görə gözdən uzaqdırlar

"Məqsədimiz qalmaqal yaratmaq deyil"
"Zone Reality" rəhbəri vəd verdi

Röya bu yay rekord qırır
Bu gün Nabranda oxuyacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər