Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Rüstəm Usubov: "Qara transplantologiya" ilə bağlı araşdırma aparılır"
Rüstəm Usubov: "Qara transplantologiya" ilə bağlı araşdırma aparılır"
Baxmayaraq ki, bu iddiaların təsdiqlənmədiyi vurğulanır
Şənbə, 28.08.2010

mətn ölçüsü  

"Biz Ukrayna hüquq-mühafizə orqanlarının Azərbaycanda "qara transplantologiya" ilə bağlı açıqlamasına münasibət bildirmişik. Bununla bağlı araşdırma aparılıb, ancaq deyilənlər Azərbaycanda təsdiqini tapmayıb".

Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

"Buna baxmayaraq, biz hər bir informasiyaya diqqətlə yanaşırıq və bununla bağlı araşdırmalarımız davam edir", - deyə Rüstəm Usubov bildirib. O, araşdırmanı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə apardığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna DİN-dən qeyri-qanuni orqan transplantasiyası ilə bağlı törədilmiş cinayətlərin Azərbaycanla bağlılığı olduğu bildirilib və müvafiq açıqlamalar Azərbaycanda geniş əks-səda doğurub.

Rüstəm Usubov xatırladıb ki, Neft Akademiyasında baş verən cinayət işi ağır olsa da, onun açılması təmin edilib. O, Neft Akademiyasında baş verən məlum teraktın təşkilatçısı olan Mardun Qumaşyanın İnterpol xətti ilə axtarışda olduğunu da söyləmişdir. Əlavə edək ki, Mardun Qumaşyanın adı artıq İnterpolun axtarılan cinayətkarlar siyahısında yer alır.

Baş prokurorun müavini qeyd edir ki, ölkədə adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətləri əvvəlki illərlə müqayisədə azalıb. Rüstəm Usubov bildirib ki, bu cür cinayətlərin sayı ildə təxminən 170-180 olur:

"Bu cür işlərdən bağlı qalanı az olur, təxminən 11-12 bu kateqoriyalı bağlı iş qalıb. Halbuki Xalq Cəbhəsinin hakimiyyəti dövründə ildə 500-600 bu cür cinayət hadisəsi baş verirdi, açılmayan işlər də çox olurdu".

Rüstəm Usubov başqa rəqəmlər də açıqlayıb: 2002-ci ildən indiyədək Azərbaycanın prokurorluq orqanlarına 410 nəfər işə qəbul olunub. Bu isə prokurorluq işçilərinin 41%-i deməkdir: "Bunların hamısı gənc kadrdır. Azərbaycanın prokurorluq orqanları gəncləşir və bu, davam edəcək".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

ADNA-da qırğının istintaqı uzana bilər

Bloggerlər ifadə veriblər

ADNA-nın qarşısına saxta pullar səpələndi

Gənclər terrora yox deyirdilər...

Bölmənin digər xəbərləri
 
Fərhad Əliyevin bibisi oğlu Ukraynada həbs edilib
Bu adam sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayət işi ilə bağlı axtarışda imiş

"ANAMIN QATİLİ MƏN DEYİLƏM"
Lakin istintaqda bunu etiraf etmişdi...

"Aqrolizinq" rəhbərinə hökm oxundu
Mənimsəmə və israf ona 7 ilə başa gəldi

Məhkəmə qərarını da saxtalaşdırmaq olurmuş
Bu, ağır cinayət olmasa da, bağışlanan cinayət deyil

Prokuror "Qoçu"ya 11 il cəza istədi
Vəzifəli şəxslərdən şantajla pul qoparan bazar ertəsi son söz deyəcək

Abuzər Abuzərovun silahdaşına - 10 il cəza
Polis mütəşəkkil dəstənin qalan üzvlərini axtarır

"Tələbə makleri" məhkəmə qarşısında
Firdövsi Məmmədov törətdiyi əməli etiraf edir

Zərdabda mağaza oğrularından biri tutulub
Zərdab rayonunda mağazadan oğurluq edən şəxs tutulub.

Sankt-Peterburqda qohumunun qətlini sifariş vermişdi
Sankt-Peterburqda Azərbaycan vətəndaşı Zakir Mustafayevin məhkəməsi başlayıb.

25 yaşlı Bakı sakini özünü öldürüb
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Qadınları fahişəliyə cəlb edən şəxs yaxalanıb
Bakıda qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib.

66 yaşlı Lənkəran sakini intihar edib
Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Əfqanıstanda 18 ton narkotik vasitə müsadirə edilib
Əfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır.

Zaqatalada antinarkotik əməliyyat
Zaqatalada narkotik tərkibli külli miqdarda bitki məhv edilmişdir (APA).

Təcridxanada daha bir nəfər özünü asıb
Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb.

Rüşvətxor məmurlar bir-bir həbs olunur
Amma bu, Gürcüstanda baş verir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər