Zaqatalada narkotik tərkibli külli miqdarda bitki məhv edilmişdir (APA). Rayon polisinə istinadən, "Xaşxaş - 2010" kod adı altında aparılan bu əməliyyatın gedişində Əliabad kəndi ərazisindəki Car gölü adlanan və əkinə yararsız olan 1 hektar ərazidə yabanı halda bitmiş, ümumi çəkisi 2 ton 620 kq olan 4350 ədəd narkotik tərkibli bitki - çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilmişdir. Zaqatala rayonu ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq, onların toplanıb məhv edilməsi istiqamətində tədbirlərin davam etdirildiyi bildirilir.
Təcridxanada daha bir nəfər özünü asıb
|