Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat verilib. Hadisə Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini Şəhla Xankayeva (1985) özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik bəlli deyil.
(APA-nın xəbərləri əsasında)