Sankt-Peterburqda Azərbaycan vətəndaşı Zakir Mustafayevin məhkəməsi başlayıb. Zakir Mustafayev uzun illər düşmənçilik etdiyi qohumunu öldürmək üçün muzdlu qatil tutmaqda ittiham olunur. İttiham aktına əsasən, Zakir Mustafayev qohumunun skinhedlər tərəfindən öldürülməsi barədə fikir formalaşdırmaq istəyib. Muzdlu qatilə 2 min dollar verən Mustafayev ondan qohumunu beysbol ağacı ilə ölüncə döyməyi, meyitinin yanına isə səkkizlik xaç və səkkizlik qaratoxmaq kartları atmağı tapşırıb. Nasist salamı anlamı daşıyan bu simvollar qətli skinhedlərin törətdiyi barədə rəy formalaşdırmalı idi. Lakin muzdla tutulmuş bu şəxs fikrindən daşınıb və insanlıq nümayiş etdirərək fikrindən daşınıb, milisə müraciət edib və Zakir Mustafayev həbs olunub.
(APA-nın xəbərləri əsasında)