Zərdab rayonunda mağazadan oğurluq edən şəxs tutulub. Zərdab rayon Polis Şöbəsinə istinadən, avqustun 15-dən 16-na keçən gecə Zərdab şəhərinin Azərbaycan küçəsində yerləşən, Arif Qədirov və Hidayət Əliyevə məxsus mağazadan qapıları sındırmaq yolu ilə oğurluq edilib. Polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluq edənlərdən biri - Göyçay rayon sakini Nurlan İsmayılov (1981) saxlanıb. Hələlik adları açıqlanmayan daha 3 nəfərin oğurluqda şübhəli bilindiyi deyilir.
Əfqanıstanda 18 ton narkotik vasitə müsadirə edilibƏfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır.
Təcridxanada daha bir nəfər özünü asıbBakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb.