Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Tələbə makleri" məhkəmə qarşısında
"Tələbə makleri" məhkəmə qarşısında
Firdövsi Məmmədov törətdiyi əməli etiraf edir
Şənbə, 28.08.2010

Hacı mətn ölçüsü  

Ali məktəbə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən Firdövsi Məmmədovun məhkəməsi başladı. Prosesin əvvəlində prokuror ittiham aktını elan etdi.

İttihamdan məlum oldu ki, təqsirləndirilən Firdövsi Məmmədov Ceyhun Məmmədov adlı şəxsin qızını ali məktəbə düzəltmək adı ilə aldadaraq ondan 17 min manat alıb. Ceyhun Məmmədovun şikayəti əsasında Firdövsi Məmmədov polis tərəfindən yaxalanmışdır.

Məhkəmə prosesində ifadə verən Ceyhun Məmmədov bildirdi ki, təqsirləndirilən şəxsi Xətai rayonunda yaşayan orta məktəb direktoru Ulduzxan adlı şəxsin vasitəsi ilə tanıyıb. Onun sözlərinə görə, Ulduzxan adlı şəxs Firdövsi Məmmədovun təmiz adam olduğu barədə "xarakteristika" verib:

"Ulduzxan mənə dedi ki, Firdövsi iş düzəldən adamdır və ona etibar etmək olar. Mən də onun vasitəsi ilə Firdövsi Məmmədovla Nərimanov rayon Polis İdarəsinin yaxınlığında görüşdüm və ona qızımı ali məktəbə düzəltdirmək istədiyimi bildirdim. O da problem olmadığını və bu işlərə əli keçdiyini qeyd edərək, qızımı ali məktəblərdən birinə düzəldəcəyinə söz verdi. Bunun üçün də məndən 17 min manat aldı. Lakin sonradan vaxt keçsə də, vədinə əməl etmədi. Sonra isə onu, ümumiyyətlə, tapmaq mümkün olmadı. Buna görə də polisə şikayət etməyə məcbur oldum".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirdi ki, Firdövsi Məmmədov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyən vəzifəli şəxsin əli ilə iş görəcəyini deyirmiş. O, ifadəsinin sonunda zərər çəkdiyini və pulunun geri qaytarılmasını tələb etdiyini bildirdi.

Məhkəmədə ifadə verən Firdövsi Məmmədov zərərçəkmişdən 17 min manat aldığını etiraf edərək bildirdi ki, həmin pulu alsa da, vədinə əməl etməyib: "Həmin pulu da xərcləmişəm. İndi zərərçəkmişə dəymiş ziyanın ödənilməsinə hazıram".

Məhkəmə prosesi sentyabrın 3-də davam etdiriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Fərhad Əliyevin bibisi oğlu Ukraynada həbs edilib
Bu adam sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayət işi ilə bağlı axtarışda imiş

"ANAMIN QATİLİ MƏN DEYİLƏM"
Lakin istintaqda bunu etiraf etmişdi...

"Aqrolizinq" rəhbərinə hökm oxundu
Mənimsəmə və israf ona 7 ilə başa gəldi

Məhkəmə qərarını da saxtalaşdırmaq olurmuş
Bu, ağır cinayət olmasa da, bağışlanan cinayət deyil

Prokuror "Qoçu"ya 11 il cəza istədi
Vəzifəli şəxslərdən şantajla pul qoparan bazar ertəsi son söz deyəcək

Abuzər Abuzərovun silahdaşına - 10 il cəza
Polis mütəşəkkil dəstənin qalan üzvlərini axtarır

Zərdabda mağaza oğrularından biri tutulub
Zərdab rayonunda mağazadan oğurluq edən şəxs tutulub.

Sankt-Peterburqda qohumunun qətlini sifariş vermişdi
Sankt-Peterburqda Azərbaycan vətəndaşı Zakir Mustafayevin məhkəməsi başlayıb.

25 yaşlı Bakı sakini özünü öldürüb
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Qadınları fahişəliyə cəlb edən şəxs yaxalanıb
Bakıda qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib.

66 yaşlı Lənkəran sakini intihar edib
Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Əfqanıstanda 18 ton narkotik vasitə müsadirə edilib
Əfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır.

Zaqatalada antinarkotik əməliyyat
Zaqatalada narkotik tərkibli külli miqdarda bitki məhv edilmişdir (APA).

Təcridxanada daha bir nəfər özünü asıb
Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb.

Rüşvətxor məmurlar bir-bir həbs olunur
Amma bu, Gürcüstanda baş verir

Rüstəm Usubov: "Qara transplantologiya" ilə bağlı araşdırma aparılır"
Baxmayaraq ki, bu iddiaların təsdiqlənmədiyi vurğulanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər