Narkotik alverində ittiham olunan, Gəncə və ətraf rayonlarda "Qoçu" ləqəbi ilə tanınan Gəncə Tədris İdman Mərkəzinin direktor müavini Qoca Tofiq oğlu Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Qoca Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir. Daha sonra müttəhimin vəkili çıxış edib və müdafiə etdiyi şəxsin günahsız olduğunu əsas gətirərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istədi. Proses avqustun 30-da Qoca Quliyevin son sözü ilə davam etdiriləcək.
Qoca Quliyev 2009-cu il noyabrın 4-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onunla birlikdə bir neçə nəfər də həbs edilib. "Qoçu" ləqəbli Qoca Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə əvvəl Gəncədə bir neçə vəzifəli şəxs də daxil olmaqla ayrı-ayrı vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. Lakin Qoca Quliyev istisna olmaqla digər şəxslər azadlığa buraxılıb.
Əfqanıstanda 18 ton narkotik vasitə müsadirə edilibƏfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır.
Təcridxanada daha bir nəfər özünü asıbBakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb.