Mənimsəmə və israfda təqsirləndirilən "Aqrolizinq" MMC-nin filial rəhbəri Vüqar Zeynalova hökm oxundu. Məhkəmənin hökmü ilə Vüqar Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edildi.
İttihama görə, Vüqar Zeynalov rəhbərlik etdiyi "Aqrolizinq" MMC-nin Bərdə rayon filialının rəhbəri vəzifəsində işlərkən dövlət büdcəsindən rayonun kənd təsərrüfatının inkişafına ayrılmış 160 min manatı mənimsəyib. O, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Mənimsəmə və israf Vüqar Zeynalova baha başa gəldi. Ona 7 il iş kəsildi.
Əfqanıstanda 18 ton narkotik vasitə müsadirə edilibƏfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır.
Təcridxanada daha bir nəfər özünü asıbBakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb.