Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Fərhad Əliyevin bibisi oğlu Ukraynada həbs edilib
Fərhad Əliyevin bibisi oğlu Ukraynada həbs edilib
Bu adam sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayət işi ilə bağlı axtarışda imiş
Şənbə, 28.08.2010

mətn ölçüsü  

Axtarışda olan azərbaycanlı Ukraynanın Odessa şəhərində saxlanıb. APA-nın DİN internet saytına istinadən xəbərinə görə, Rafəddin Əsgərov nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olduğu bildirilib. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

APA-nın əldə etdiyi məlumata görə, Rafəddin Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib. Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin məlumatına görə, Rafəddin Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanır.

İttiham aktında göstərilir ki, "Prestic LTD" MMC-nin ekspeditoru Abdulla Cavadov Fərhad Əliyevin qardaşı, "Azretrol" Şirkətlər Qrupunun sabiq prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki tanışları vasitəsilə gömrük nəzarətindən gizli keçirib "Prestic LTD" MMC-nin mühasibatlığına təhvil verib.

Fərhad Əliyevin vəkili olmuş İsaxan Aşurov APA-ya açıqlamasında həbs olunmuş Rafəddin Əsgərovun məlum cinayət işində adı keçən şəxs olduğunu təsdiqləyib. Həbs olunmuş şəxs sabiq nazir Fərhad Əliyevin bibisi oğludur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"ANAMIN QATİLİ MƏN DEYİLƏM"
Lakin istintaqda bunu etiraf etmişdi...

"Aqrolizinq" rəhbərinə hökm oxundu
Mənimsəmə və israf ona 7 ilə başa gəldi

Məhkəmə qərarını da saxtalaşdırmaq olurmuş
Bu, ağır cinayət olmasa da, bağışlanan cinayət deyil

Prokuror "Qoçu"ya 11 il cəza istədi
Vəzifəli şəxslərdən şantajla pul qoparan bazar ertəsi son söz deyəcək

Abuzər Abuzərovun silahdaşına - 10 il cəza
Polis mütəşəkkil dəstənin qalan üzvlərini axtarır

"Tələbə makleri" məhkəmə qarşısında
Firdövsi Məmmədov törətdiyi əməli etiraf edir

Zərdabda mağaza oğrularından biri tutulub
Zərdab rayonunda mağazadan oğurluq edən şəxs tutulub.

Sankt-Peterburqda qohumunun qətlini sifariş vermişdi
Sankt-Peterburqda Azərbaycan vətəndaşı Zakir Mustafayevin məhkəməsi başlayıb.

25 yaşlı Bakı sakini özünü öldürüb
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Qadınları fahişəliyə cəlb edən şəxs yaxalanıb
Bakıda qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib.

66 yaşlı Lənkəran sakini intihar edib
Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Əfqanıstanda 18 ton narkotik vasitə müsadirə edilib
Əfqanıstandakı koalisiya qüvvələrinin iyul ayında keçirdikləri əməliyyatlar zamanı toplam 18 ton narkotik vasitənin aşkarlanaraq müsadirə edildiyi açıqlanmışdır.

Zaqatalada antinarkotik əməliyyat
Zaqatalada narkotik tərkibli külli miqdarda bitki məhv edilmişdir (APA).

Təcridxanada daha bir nəfər özünü asıb
Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1 saylı istintaq təcridxanasında saxlanılan Masallı rayon Təzəkənd sakini, 25 yaşlı Akif Fətullayev özünü öldürüb.

Rüşvətxor məmurlar bir-bir həbs olunur
Amma bu, Gürcüstanda baş verir

Rüstəm Usubov: "Qara transplantologiya" ilə bağlı araşdırma aparılır"
Baxmayaraq ki, bu iddiaların təsdiqlənmədiyi vurğulanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər