Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Kölgə iqtisadiyyatının payı artır
Şənbə, 28.08.2010

mətn ölçüsü  

Dünyada kölgə iqtisadiyyatı getdikcə genişlənir. Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5%-ə çatıb. Dünya Bankı 151 ölkə haqqında hesabat açıqlayıb. Hesabata görə, 1999-2007-ci illərdə aparılmış tədqiqatın nəticəsinə görə, bütün dünyada kölgə iqtisadiyyatının payı artmaqda davam edir. Hazırda ÜDM-in 35,5%-i həddinə çatıb. 1999-cu ildə bu göstərici 32,9% təşkil edib. Ən az kölgə iqtisadiyyatı İsveçrədə (8,6%), ABŞ-da (8,8%), Avstriyada (9,8%) və Lüksemburqda (9,9%) qeydə alınıb. Bu göstəricinin Gürcüstanda (70%), Boliviyada (68,1%) və Azərbaycanda (63,3%) daha yüksək olduğu müşahidə edilib. Bütün reytinq cədvəllərində ön sıralarda olan Baltikyanı ölkələrdə də vəziyyət ürəkaçan deyil. Latviyada 1999-cu ildə kölgə iqtisadiyyatının payı 39,6% idisə, 2007-ci ildə onun payı 44,3%-ə yüksəlib. Latviya 109-cu yerdədir. Nisbətən yaxşı vəziyyət Litvadadır. 151 ölkə arasında 64-cü olan Litvada ÜDM-in 31,9%-i həcmində qanunsuz dövriyyə mövcuddur. Estoniya isə 40,3% göstərici ilə Latviyadan 7 pillə aşağıda - 102-ci yerdədir. Qonşu Rusiyada bu göstərici 48,6% təşkil edir. Şimal qonşumuz cədvəldə 130-cu yerdədir. Ukrayna 145-ci (54,9%), Belarus 136-cı (49,8%) yeri tutub. Bankın məlumatına görə, 151 ölkə arasında yalnız 11 ölkədə kölgə iqtisadiyyatının payı azalıb.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ermənistana qaz kəmərini özəlləşdirmək təxirə düşdü
Amma tender baş tutarsa, Azərbaycan onda iştirak edəcək

Iqtisadi gündəm
Qazaxıstan taxıl ixracatçıları sırasından çıxır

Çörək və un qıtlığı müşahidə edilmir
Hökumət qiymətlərin stabil olduğunu deyir

Hərbisənaye əməkdaşlığını gücləndiririk
CAR-da müştərək istehsala dair müqavilələr imzalanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər