![]() |
çap et |
|
|||
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə ölkə ərazisində aparılan çörək və unun qiymətinin gündəlik monitorinqinin nəticələri açıqlanıb.
Nazirlikdən APA-ya verilən açıqlamaya görə, indiyədək bütün ölkə ərazisini əhatə etməklə aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib, çörəyin və unun pərakəndə satış qiymətində artım, həmçinin çörəyin çəkisində azalma qeydə alınmayıb. Bundan başqa, ölkədə fəaliyyət göstərən iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı mövcuddur və bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək və unun süni qiymət artımının qarşısının alınması istiqamətində gündəlik monitorinqlərini davam etdirəcək. |