![]() |
çap et |
|
|||
Futbol üzrə Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin startına hazırlıq planı məlum olub. Berti Foqtsun yetirmələri sentyabrın 7-də Almaniya ilə ilk oyunun son hazırlıqlarını elə bu ölkədə kerçəkləşdirəcəklər.
Komandamız avqustun 30-da başlayacaq təlim-məşq toplanışını sentyabrın 3-dək Avstriyanın Rust şəhərində keçirəcək. Bu şəhərin "Eurora rark" stadionunda hazırlıq keçdikdən sonra Foqts komandanı Almaniyaya, məşhur Baden-Baden şəhərinə aparacaq. Millimiz hazırlıqlarını "Freyzeitrark" arenasında təşkil olunan məşqlərlə yekunlaşdıracaq. Avstriya və Almaniyadakı toplantısı çərçivəsində millimiz bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Komandamız sentyabrın 1-də Avstriya çempionatının aşağı dəstə təmsilçisi "Rust" klubu ilə üz-üzə gələcək. |