![]() |
çap et |
|
|||
Avropa Liqasının pley-off mərhələsinin oyunları başa çatıb. Qrup mərhələsinə son 37 vəsiqəni müəyyənləşdirəcək komandalar arasında Azərbaycan təmsilçisi də olub. Lakin avrokuboklarda mübarizəni bu mərhələyədək davam etdirən "Qarabağ" bir il əvvəl olduğu kimi, yenə qrup mərhələsinin astanasında dayanıb.
Ötən il "Tvente"dən 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyən Ağdam klubu bu dəfə cavab oyununda da meydanı məğlubiyyətlə tərk edib. Almaniyada "Borussiya" qarşısında aciz qalıb, 0:4 hesabı ilə uduzan "Qarabağ" cavab oyununda yalnız son saniyələrdə buraxdığı topla uduzub - 0:1. Bununla da Azərbaycan klublarının avrokubokların 2010/11 mövsümü həmişə olduğu kimi yenə yayda başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın 38 yaşlı baş məşqçisi Qurban Qurbanov deyib: "Məğlub olsaq da, futbolçularıma təşəkkür edirəm. Onların hamısı qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Təəssüf ki, oyunun başa çatmasına az qalmış, son saniyələrdə qol buraxdıq. Belə uduzmaq istəməzdik. Artıq avrokuboklarda çıxışımızı başa vurduq. İndi bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik. Hələ çempionata tam hazır deyilik. Bundan sonra hazırlaşıb, çempionatın oyunlarına köklənməyə çalışacağıq". "Qarabağ" - "Borussiya" matçından sonra rəqib komandanın da baş məşqçisi Yurgen Klopp oyun haqqında öz fikirlərini söyləyib: "Bir həftə əvvəl keçirilən matçda onların oyunu alınmasa da, "Qarabağ" yaxşı komandadır. Lakin artıq bundan sonra hansı komanda ilə mübarizə aparacağımızı düşünürəm. Məncə, heyətini bir az da gücləndirsə, "Qarabağ" növbəti ildən qrup mərhələsində oynaya bilər. Heyətində Rauf Əliyev, Georgi Adamiya, Əfran İsmayılov kimi yaxşı oyunçuları var. Onların oyununu daha çox bəyəndim. Amma onların nə vaxtsa "Borussiya"da görünüb-görünməyəcəyi haqda nə isə deyə bilmərəm". "Qarabağ" bu oyundan sonra istirahətə yollanıb. Qurban Qurbanov futbolçularına 3 günlük istirahət verib. Komanda sentyabrın 30-dan təlim-məşqlərinə başlayacaq. Dünən Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Qarabağ"ın qənimi "Borussiya" İspaniyanın "Sevilya", Fransanın "PSJ" və Ukraynanın "Karpatı" klubları ilə eyni qrupa düşüb. |