Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ"ın qənimi yeni rəqiblərini tanıdı
"Qarabağ"ın qənimi yeni rəqiblərini tanıdı
"Borussiya" qrup mərhələsində "Sevilya" və PSJ ilə mübarizə aparacaq
Şənbə, 28.08.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Avropa Liqasının pley-off mərhələsinin oyunları başa çatıb. Qrup mərhələsinə son 37 vəsiqəni müəyyənləşdirəcək komandalar arasında Azərbaycan təmsilçisi də olub. Lakin avrokuboklarda mübarizəni bu mərhələyədək davam etdirən "Qarabağ" bir il əvvəl olduğu kimi, yenə qrup mərhələsinin astanasında dayanıb.

Ötən il "Tvente"dən 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyən Ağdam klubu bu dəfə cavab oyununda da meydanı məğlubiyyətlə tərk edib. Almaniyada "Borussiya" qarşısında aciz qalıb, 0:4 hesabı ilə uduzan "Qarabağ" cavab oyununda yalnız son saniyələrdə buraxdığı topla uduzub - 0:1. Bununla da Azərbaycan klublarının avrokubokların 2010/11 mövsümü həmişə olduğu kimi yenə yayda başa çatıb.

Matçdan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın 38 yaşlı baş məşqçisi Qurban Qurbanov deyib: "Məğlub olsaq da, futbolçularıma təşəkkür edirəm. Onların hamısı qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Təəssüf ki, oyunun başa çatmasına az qalmış, son saniyələrdə qol buraxdıq. Belə uduzmaq istəməzdik. Artıq avrokuboklarda çıxışımızı başa vurduq. İndi bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik. Hələ çempionata tam hazır deyilik. Bundan sonra hazırlaşıb, çempionatın oyunlarına köklənməyə çalışacağıq".

"Qarabağ" - "Borussiya" matçından sonra rəqib komandanın da baş məşqçisi Yurgen Klopp oyun haqqında öz fikirlərini söyləyib:

"Bir həftə əvvəl keçirilən matçda onların oyunu alınmasa da, "Qarabağ" yaxşı komandadır. Lakin artıq bundan sonra hansı komanda ilə mübarizə aparacağımızı düşünürəm. Məncə, heyətini bir az da gücləndirsə, "Qarabağ" növbəti ildən qrup mərhələsində oynaya bilər. Heyətində Rauf Əliyev, Georgi Adamiya, Əfran İsmayılov kimi yaxşı oyunçuları var. Onların oyununu daha çox bəyəndim. Amma onların nə vaxtsa "Borussiya"da görünüb-görünməyəcəyi haqda nə isə deyə bilmərəm".

"Qarabağ" bu oyundan sonra istirahətə yollanıb. Qurban Qurbanov futbolçularına 3 günlük istirahət verib. Komanda sentyabrın 30-dan təlim-məşqlərinə başlayacaq.

Dünən Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Qarabağ"ın qənimi "Borussiya" İspaniyanın "Sevilya", Fransanın "PSJ" və Ukraynanın "Karpatı" klubları ilə eyni qrupa düşüb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Basketbol yığmamız üçün uğurlu dövrə
Avropa çempionatının B divizionunda seçmə qrup mərhələsinin birinci dövrəsi başa çatıb.

Liderlərin görüşü
"Neftçi" və "İnter" son ölkə çempionunun meydanında üz-üzə gələcəklər

Berti Foqtsun planları
Məşqçi yığmanı Baden-Badenə aparacaq

Dünyada 11-ci, Avropada 6-cı
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunları başa çatıb.

Azərbaycan 2020-ci il Olimpiadasına iddia edir
Bakı 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər