Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Liderlərin görüşü
Liderlərin görüşü
"Neftçi" və "İnter" son ölkə çempionunun meydanında üz-üzə gələcəklər
Şənbə, 28.08.2010

İ.Rəfiyev mətn ölçüsü  

Bu gün Unibank Premyer Liqasında IV turun oyunlarına start veriləcək. Turun əsas qarşılaşması "Şəfa" stadionunda keçiriləcək. İlk iki pillədə yer alan "Neftçi" və "İnter" son ölkə çempionunun meydançasında görüşəcəklər. Turda aşağıdakı matçlar baş tutacaq: "Muğan" - "Gəncə", "Simurğ" - "Turan", "İnter" - "Neftçi", "Qəbələ" - MOİK, AZAL - "Xəzər-Lənkəran".

Ötən turda isə meydana çıxan komandalar onlar üçün maksimum olan 5-ci pillə üçün mübarizə aparıblar. Belə ki, bu klubların 4-ü hələ də qələbə həsrətində idi. Onlardan yalnız ikisi istəyini reallaşdıra bildi.

Ev oyunlarını keçirdiyi Suraxanı qəsəbə stadionunda "hərbçilər"in qonağı olan "Qarabağ" Dortmunddakı "Borussiya" şokundan ayılaraq minimal hesablı qələbə qazandı. Qurban Qurbanovun komandası Premyer Liqada ilk qələbəsini Georgi Adamiyanın qolu ilə bayram etdi.

Bu tura qədər MOİK-dən geri qalan "Muğan" Tovuz səfərində mövqeyini daha da yaxşılaşdırmaq istəyini 1 xal qazanmaqla gerçəkləşdirdi. Həsrətində olduğu ilk xalı qazanan "Turan" sonuncu pillədən xilas olmağı bacardı. Turun son matçında isə "Bakı" və "Qəbələ" məğlubiyyət seriyasını qırmağa çalışıblar. Qonaqların erkən qolla hesabı açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Paytaxt təmsilçisinin qələbə topunu ilk turda dubla imza atan Jaba vurub. Bu, Vinfred Şaferin rəhbərliyi altında daxili yarışlarda qazanılan ilk qələbə olub. Toni Adamsın yetirmələri isə ingiltərəli mütəxəssisin rəhbərliyi altında üçüncü məğlubiyyətini alıblar. Bu qarşılaşmalar qırmızı vərəqələrlə zəngin olub. Ehtiyat oyunçular skamyasından qovulan Xalidu Sissoko "Bakı"nın, Milan Antiçlə, Lyubo Baranin qonaqların heyətində cəzalanıblar.

Xatırladaq ki, turun ilk günündə 3 matç keçirilib. Bunların yalnız birində qələbə qeydə alınıb. Turnir cədvəlinin liderləri bu dəfə xal itkisinə məruz qalıblar. AZAL səfərdə "Gəncə" ilə görüşün ilk yarısında hesabda geri qalsa da, ikinci hissədə məğlubiyyətdən qaçıb. "Xəzər-Lənkəran"la "İnter"in duelində isə qapılara qol vurulmayıb.

Bu nəticələr daha çox "Neftçi"nin işinə yarayıb. Belə ki, "flaqman" ölkənin baş arenasında "Simurğ"u darmadağın edib. "Neftçi"nin özbəkistanlı legioneri Bahodur Nasimov 3 qol vurmaqla, çempionatın ilk het-trikinə imza atıb.

Beləliklə, 3 turdan sonra 4 komanda - "Neftçi", "İnter", "Xəzər-Lənkəran" və AZAL 7 xalla liderlik edirlər. Topların daha yaxşı fərqinə görə "Neftçi" birinci pillədədir.

III turun nəticələri: Gəncə - AZAL - 1:1, "Xəzər-Lənkəran" - "İnter" - 0:0, "Neftçi" - "Simurğ" - 4:0, MOİK - "Qarabağ" - 0:1, "Turan" - "Muğan" - 1:1, "Bakı" - "Qəbələ" - 2:1.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarıtmadılar

"Avropanın fəthi" başlanmamış bitdi

Cansun "flaqman"ı tərk etdi

"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır

Foqts daha 3 futbolçunu çağırdı

Bölmənin digər xəbərləri
 
Basketbol yığmamız üçün uğurlu dövrə
Avropa çempionatının B divizionunda seçmə qrup mərhələsinin birinci dövrəsi başa çatıb.

"Qarabağ"ın qənimi yeni rəqiblərini tanıdı
"Borussiya" qrup mərhələsində "Sevilya" və PSJ ilə mübarizə aparacaq

Berti Foqtsun planları
Məşqçi yığmanı Baden-Badenə aparacaq

Dünyada 11-ci, Avropada 6-cı
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunları başa çatıb.

Azərbaycan 2020-ci il Olimpiadasına iddia edir
Bakı 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər