Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Basketbol yığmamız üçün uğurlu dövrə
Basketbol yığmamız üçün uğurlu dövrə
Şənbə, 28.08.2010

İlham mətn ölçüsü  

Avropa çempionatının B divizionunda seçmə qrup mərhələsinin birinci dövrəsi başa çatıb. Kişilərdən ibarət yığma komandamız bu yarışlar çərçivəsində son oyununu keçirib. Albaniya, İsveç, Rumıniya və Belarus millisi ilə eyni qrupda mübarizə aparan yığmamızın növbəti oyunu Bakıda baş tutub.

Əvvəlki üç matçını qələbə ilə başa vuraraq, qrupa şəriksiz liderlik edən yığmamız qrupun favoritlərindən sayılan və yarış çərçivəsində millimizin ən yaxın izləyicisi olan İsveçi qəbul edib. Skandinaviyalılara yalnız iki hissə müqavimət göstərən yığmamız qarşılaşmada 73:101 hesabı ilə məğlub olub.

Son oyundakı məğlubiyyətə baxmayaraq, ilk dövrəni Azərbaycan yığması üçün uğurlu saymaq olar. Çünki indiyə kimi keçirdiyimiz 4 oyunda İsveç millisi rəqiblərimiz arasında ən güclüsü idi. Belə ki, Albaniya, Rumıniya və Belorus yığmaları ilə müqayisədə skandinav təmsilçiləri tam fərqli oyun nümayiş etdirdilər. Digər tərəfdən komandamız arxayınlıq və fiziki cəhətdən zəifliyin qurbanı oldu. Yeri gəlmişkən, İsveç millisi A seriyasını iki il əvvəl tərk edib. İsveç komandası güclülər dəstəsində mübarizə apardıqları vaxt isə Türkiya yığmasına hər iki oyunda qalib gəlib.

Bütün bunlara baxmayaraq, komandamız növbəti mərhələyə çıxmaq şansını itirməyib. Yığmamız II dövrədə 2 və ya 3 qələbə qazanaraq ilk 2 pillədə qərarlaşa və növbəti mərhələyə vəsiqə qazana bilər.

Basketbol üzrə kişilər arasında Avropa çempionatının B divizionunun II dövrəsinə 2011-ci il avqustun 6-da start veriləcək. İlk dövrədən sonra 7 xalla üçüncü pillədə qərarlaşan Azərbaycan yığması 5-ci görüşünü öz meydançasında keçirəcək. Həmin oyunda Albaniya basketbolçuları ilə üz-üzə gələcəklər. Elxan Əliyevin yetirmələri avqustun 12-də Belarusa səfər edəcəklər. Komandamız növbəti iki oyunda isə Rumıniya (evdə) və İsveçlə (səfərdə) qüvvəsini sınayacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Liderlərin görüşü
"Neftçi" və "İnter" son ölkə çempionunun meydanında üz-üzə gələcəklər

"Qarabağ"ın qənimi yeni rəqiblərini tanıdı
"Borussiya" qrup mərhələsində "Sevilya" və PSJ ilə mübarizə aparacaq

Berti Foqtsun planları
Məşqçi yığmanı Baden-Badenə aparacaq

Dünyada 11-ci, Avropada 6-cı
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunları başa çatıb.

Azərbaycan 2020-ci il Olimpiadasına iddia edir
Bakı 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər