Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır
Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır
Şənbə, 28.08.2010

mətn ölçüsü  

Gənc Tamaşaçılar Teatrının yeni teatr mövsümünə maraqlı layihələrlə hazırlaşdığı xəbər verilir. Teatrın mətbuat xidmətinin rəhbəri Yasmin Məlikovanın "Ayna" qəzetinə açıqlamasına görə, bu mövsümdə teatr əsasən dünya klassiklərinin əsərlərini səhnələşdirəcək. Belə ki, Şekspirin "Romeo və Cülyetta" əsəri 30 ildən sonra yenidən Azərbaycan teatr səhnəsində tamaşaya qoyulacaq. Xəbərdə qeyd olunur ki, tamaşanın quruluşçu rejissoru Cənnət Səlimovadır. Beynəlxalq layihə hesab olunan bu səhnə əsərinin ərsəyə gəlməsi üçün xarici ölkələrdən də mütəxəssis dəvət olunub. Mətbuat əlaqələndiricisi bildirdi ki, bundan başqa, teatrda daha iki tamaşanın hazırlıqlarına başlanacaq. Bunlar Vaqif Əsədovun quruluş verdiyi "Oliver Tvistin macəraları" (Çarlz Dikkens) və "Mən səni sevirəm" (Əli Əmirli) tamaşalarıdır. Yaradıcı kollektiv "Kontrabas" tamaşası ilə sentyabrın 11-dən 19-na kimi Belarusda keçiriləcək teatr festivalında ölkəmizi təmsil edəcəkdir.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Fehruz Şəmiyev: "Maraqlı film, maraqlı yarışma ən vacib şərtdir"
Kinematoqrafiyamızın gələcəyinə nikbin baxış

Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib
Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb.

Musiqiçilərimizə "Avaza" festivalında ali mükafat
Türkmənistanın "Avaza" milli turizm zonasında "Avaza-2010" Beynəlxalq musiqi, mahnı və rəqs festivalı başa çatıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər