Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib
Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib
Şənbə, 28.08.2010

mətn ölçüsü  

Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı və Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.

Torontoda "Ümumi sülh naminə mədəniyyətlərin dialoqu" beynəlxalq layihəsi çərçivəsində Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən təşkil edilmiş sərginin böyük maraqla qarşılandığı xəbər verilir. Sərgidə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, musiqi sənətimizin korifeyləri - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, mütəfəkkir şairlərimiz Füzuli və Hüseyn Cavid, rəssam Səttar Bəhlulzadənin heykəllərinin fotoşəkilləri nümayiş etdirilib.

Sərgidə Heydər Əliyevin, Atatürkün və bizim digər dahi həmvətənlərimizin obrazları da olub. Sərginin keçirilməsi Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün olub. Bu təşəbbüsə minnətdarlıq əlaməti olaraq sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da portreti yer alıb.

Dünyanın bir çox görkəmli şəxsiyyətlərinin obrazlarını öz sənət əsərlərində əks etdirən Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası Dialoq İnstitutunun fəxri üzvü adına layiq görülüb. Qeyd edək ki, Kanadada Azərbaycan Mədəniyyəti Günləri həftənin sonunadək davam edəcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Kaliforniyada azərbaycanlı uşaqların sərgisi

Kitabların və yazarların sərgiləndiyi gün

Naxçıvan payızı rəsmlərdə

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb

Bölmənin digər xəbərləri
 
Fehruz Şəmiyev: "Maraqlı film, maraqlı yarışma ən vacib şərtdir"
Kinematoqrafiyamızın gələcəyinə nikbin baxış

Musiqiçilərimizə "Avaza" festivalında ali mükafat
Türkmənistanın "Avaza" milli turizm zonasında "Avaza-2010" Beynəlxalq musiqi, mahnı və rəqs festivalı başa çatıb.

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır
Gənc Tamaşaçılar Teatrının yeni teatr mövsümünə maraqlı layihələrlə hazırlaşdığı xəbər verilir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər