Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
İçdiyimiz suda xlor normadan yüksək imiş
İçdiyimiz suda xlor normadan yüksək imiş
Vətəndaşların səhhəti üçün problemlər yaranır
Şənbə, 28.08.2010

S.Abbas mətn ölçüsü  

Dünən Azərbaycan Media Mərkəzində "Yaşıl yol" Ətraf Mühiti Monitorinq İctimai Birliyinin "Təmiz şəhər" layihəsi çərçivəsində görülən işlərə dair mətbuat konfransında qorxulu bir fikir səsləndirildi. Onlar Bakıda əhalinin istifadə etdiyi içməli suyun təmizlik dərəcəsini müəyyən etmək üçün Zığ, Abşeron, 20 Yanvar, Xırdalan yaşayış məntəqələrindən nümunələr götürüblər. Bəlli olub ki, bu nümunələrdə xlor və digər maddələr yol verilən normanı bir neçə dəfə üstələyib. Eləcə də havanın çirklilik dərəcəsi yol verilən normanı dəfələrlə üstələyir. Vurğulandı ki, bu da müxtəlif xəstəliklərə səbəb ola bilər. Suda və havada xlor, karbon mono və dioksidlərin və digər tərkiblərin yol verilən normaları üstələməsi vətəndaşların səhhəti üçün ciddi problemlər yaradır. Rövşən Abbasov dedi:

"Baha da olsa, artıq suyun tərkibini yaxşılaşdırmaq üçün azon istifadəsinə keçilməlidir, burada vətəndaşın həyatı müzakirə obyekti olduğu üçün manevrə yer qalmır".

Birliyin sədri Rövşən Abbasov qurumun təsis olunmasından 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də dövlət qeydiyyatına alınmamasından narazılığını da ifadə etdi və qurumun qeydə alınmaması üçün Ədliyyə Nazirliyinin göstərdiyi "dəlil"ləri əsassız saydı.

Daha sonra həyata keçirdiyi layihə barəda danışan birlik sədri bildirdi ki, layihə ABŞ Dövlət Departamentinin kiçik qrantlar proqramı ilə maliyyələşdirilib, icra müddəti 6 aydır (iyun-avqust və oktyabr-dekabr). Layihənin icrasına 10 min dollar vəsait ayrılıb. Layihə Azərbaycanda, əsasən də paytaxt Bakıda suyun, havanın, torpağın təmizlik dərəcələrinin müəyyən olunmasını nəzərdə tutur.

"Təmiz şəhər" layihəsi başa çatdıqdan sonra İctimai Birlik "Bizim küçə" layihəsinin icrasına başlamağı nəzərdə tutur ki, bu da artıq paytaxtın ayrı-ayrı küçələrində, mərkəzində və ucqarında hidro və atmosferin öyrənilməsi deməkdir.

Bununla yanaşı, qurum bu yöndə uşaqlar üçün hər hansı bir ədəbiyyatın olmadığına görə uşaqlar üçün elektron təbiət ensiklopediyası yaradıb və bu ensiklopediya saytda yerləşdirilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Toyuq dönərinə qoyulan qadağa qüvvədədir

Sumqayıtda kütləvi zəhərlənmə

Dərmandan zəhərlənmə halları artıb

Bölmənin digər xəbərləri
 
Doğrudur, ölkəmizin turizm potensialı var
Amma müalicə olunanlar - Rusiyanı, dincəlmək istəyənlər - Türkiyəni seçir

Əmək Məcəlləsində inqilabi dəyişikliyə lüzum yox
Fəqət ona 120-yə yaxın əlavə və dəyişiklik gündəmdədir

Qafqazda hərbi balansın pozulma təhlükəsi
Ermənistanın nəzarətindəki hərbi texnikanın sayı cinah sazişində nəzərdə tutulandan 3 dəfə çoxdur

"Kür" qərargahı ilkin hesabatı açıqladı
Daşqının vurduğu ziyanın alternativ hesabı aparılır

Yüksək vəzifəlilər üçün - qaz havayı?
Buna etiraz edən "Azəriqazservis" əməkdaşları işlərini itiriblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər