Hal-hazırda Ayna qəzetinin 28.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Kür" qərargahı ilkin hesabatı açıqladı
"Kür" qərargahı ilkin hesabatı açıqladı
Daşqının vurduğu ziyanın alternativ hesabı aparılır
Şənbə, 28.08.2010

İ.Abbasov mətn ölçüsü  

Dünən "Kür" vətəndaş cəmiyyəti qərargahı mayda ölkənin mərkəzi aran rayonlarında baş vermiş daşqın ilə əlaqədar görülən işlərin vəziyyətinə dair ilkin hesabatını açıqladı.

Belə ki, 2010-cu il aprelin sonları və mayın əvvəllərində Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın cənub-qərb rayonlarında - Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Hacıqabul, Şirvan, Zərdab, Neftçalada miqyaslı daşqınlar baş verib. Daşqının episentri Sabirabad rayonudur. Hökumətin məlumatına görə, daşqın 110 min ha ərazini, əhalisi 100 min nəfərdən çox olan 30 minə yaxın kəndli evini əhatə edib.

Tədbirdə qərargahın üzvü, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, belə vəziyyət vətəndaş cəmiyyəti institutlarının çevik reaksiyasını tələb edirdi. Odur ki, bir sıra qeyri-hökumət təşkilatları və KİV "Kür" vətəndaş cəmiyyəti qərargahı adlı koalisiya yaratdılar. Koalisiyanın yaradılmasında məqsəd daşqının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyətinə yardım göstərilməsidir.

Koalisiyanın vəzifəsinə daşqının səbəblərinin müəyyən edilməsi, ekoloji, iqtisadi və humanitar zərərin qiymətləndirilməsi, cəmiyyətə və hökumətə tövsiyələr hazırlanması daxildir.

Təbii kataklizm deyil, pis idarəçilik kataklizmi

İlkin qiymətləndirmə göstərib ki, daşqın hökumətin hesab etdiyi kimi, təbii kataklizmin deyil, pis idarəçilik kataklizminin nəticəsidir. Əsas səbəb kimi Kür çayı deltasının lillənməsi, Mingəçevir su anbarında suyun çox yığılması, irriqasiya işlərinin pis aparılması göstərilib.

Məlum olub ki, son 5 ildə bu məqsədlərə 1 mlrd. manat, o cümlədən xarici kredit ayrılıb. Qeyri-hökumət ekspertləri belə nəticəyə gəliblər ki, vəsaitin böyük hissəsi təyinatı üzrə xərclənməyib.

Ərazilərdən su çəkildikdən sonra qərargahın ilk növbədə vəzifəsi kəndli təsərrüfatlarına dəymiş zərərin qiymətləndirilməsi, daşqına məruz qalmış yaşayış məntəqələrində tezliklə əhalinin normal həyat fəaliyyətinin bərpası ilə bağlı hökumətə tövsiyələrin hazırlanması olub.

Bu məqsədlə bu ilin avqustundan regionda qərargahın səyyar qrupları fəaliyyət göstərir. Yerli icmalar onlara böyük köməklik göstərir. Onlar tərəfindən Sabirabad, Saatlı və İmişli rayonlarında 20 kənddə 2 minə yaxın kəndli təsərrüfatının qiymətləndirilməsi aparılıb.

Təəssüf ki, lap əvvəldən qrup üzvləri dəfələrlə polisin müqaviməti ilə üzləşiblər. Polis monitorinqlərin dayandırılmasını tələb edib, belə ki, polisin iddiasınca, bu monitorinq işləri əhali arasında gərginlik yaradır (?!).

Sonuncu dəfə, avqustun 25-də qrup üzvləri Sabirabad rayonu Qaragüney polis şöbəsinə çağırılıb və orada onlara işi dayandırmaq təklif olunub (!). Monitorinq qrupunun yerli üzvlərinə daha çox təzyiqlər göstərilir. Bəzi yaşayış məntəqələrində onlar işi dayandırmağa məcbur olublar (!).

Əslində regionda humanitar vəziyyət məlum səbəblərdən gərgin olaraq qalır. Hökumət daşqının nəticələrinin aradan qaldırılmasl ilə bağlı tədbirlər haqqında qərarını ictimaiyyətdən gizlədir (?). İndiyədək yardımın göstərilməsinin meyarları, onun metodologiyası məlum deyil.

Yerli sakinlərin sözlərinə görə, verilən humanitar kifayət etmir. Adambaşına ayrılan cüzi məbləğ - 200 manat həcmində birdəfəlik yardım maliyyə hesabatlılığının pozulması ilə verilir. Yaşayış fondunun bərpası ləng gedir, Kür deltasının dibinin təmizlənməsi üzrə işlər başa çatmadan dayandırılıb, əkin sahələrinin və bağların bərpası üzrə işlər aparılmır.

Soyuqların yaxınlaşması ilə əlaqədar əhalidə ümidsizlik artır. Yerli əhalinin dəfələrlə keçirdiyi aksiyaların qarşısı polis tərəfindən alınıb. "Kür" qərargahının üzvləri yerli sakinlərlə söhbət zamanı onları belə aksiyalardan çəkinməyə çağırır, öz sosial-iqtisadi problemlərini ölkə qanunvericiliyi çərçivəsində həll etməyi tövsiyə edir.

Hazırda dəymiş zərərin qiymətləndirilməsi üzrə işlər başa çatmaq mərhələsindədir. M.Əliyevin sözlərinə görə, nəticələr sentyabrın ortalarında açıqlanacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Oğuzda arxeoloqlar qizil maska tapiblar

Orduda qəsdən adam öldürmə cinayətləri artıb

Güneydə "Kərkük variantı"?

Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri

"Qurdlar Vadisi Pusu"nun kompüter variantı

Bölmənin digər xəbərləri
 
Doğrudur, ölkəmizin turizm potensialı var
Amma müalicə olunanlar - Rusiyanı, dincəlmək istəyənlər - Türkiyəni seçir

Əmək Məcəlləsində inqilabi dəyişikliyə lüzum yox
Fəqət ona 120-yə yaxın əlavə və dəyişiklik gündəmdədir

Qafqazda hərbi balansın pozulma təhlükəsi
Ermənistanın nəzarətindəki hərbi texnikanın sayı cinah sazişində nəzərdə tutulandan 3 dəfə çoxdur

Yüksək vəzifəlilər üçün - qaz havayı?
Buna etiraz edən "Azəriqazservis" əməkdaşları işlərini itiriblər

İçdiyimiz suda xlor normadan yüksək imiş
Vətəndaşların səhhəti üçün problemlər yaranır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər