Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Azərbaycan üzərindən Əfqanıstana göndərilən yüklər artır
İraqdan çıxarılan əmlak bu istiqamətə yola salınır
Şənbə, 21.08.2010

mətn ölçüsü  

NATO-nun Gürcüstan və Azərbaycan vasitəsilə Əfqanıstana göndərilən yüklərinin həcmində artım gözlənilir. Bu barədə APA-ya Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.

Yüklərin həcminin artma səbəbləri İraqdan çıxarılan hərbi birləşmələrin əmlakının bir hissəsinin və qeyri-hərbi təyinatlı avadanlıqların Əfqanıstana göndərilməsidir. Bu yüklər Türkiyə üzərindən konteynerlər vasitəsilə Gürcüstana, oradan isə Azərbaycana və Xəzər dənizi üzərindən Türkmənistandan keçməklə Əfqanıstana ötürüləcək.

Nazirlikdən bildirilib ki, hazırda Avropa ölkələrinin Əfqanıstana göndərdiyi humanitar yüklərin həcmində artım nəzərə çarpır. Belə ki, cari ilin yanvar-iyun aylarında Avropa ölkələrindən TRACECA dəhlizi vasitəsilə Azərbaycan üzərindən Əfqanıstana 190,4 min ton yük göndərilib. Bunun da böyük hissəsini dərman ləvazimatları, hərbçilər üçün müəyyən əşyalar, qeyri-hərbi təchizat vasitələri təşkil edib.

TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev isə APA-ya açıqlamasında Azərbaycan üzərindən Əfqanıstana hər ay NATO ölkələrinə məxsus 1500 konteynerin yola salındığını söyləyib. TRACECA dəhlizinin Azərbaycan üzərindən keçən mərkəzi hissəsinə NATO-nun böyük önəm verdiyini vurğulayan A. Mustafayevin sözlərinə görə, yüklərin ötürülməsi razılaşmalar əsasında həyata keçirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə-Ermənistan sərhədləri üç ay ərzində açıla bilər

İrakli Bakıda konsert verəcək

Azərbaycanda da sülhməramlı əməliyyat keçirilə bilər

Narkotik alverçiləri

Bölmənin digər xəbərləri
 
Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət
Səbəb - Ermənistan əsgərin meyitini vermir

Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl
Polis və İH: İntiqam Əliyev görüşdə iştirak etməsin!

Daxili Qoşunlar üçün yeni hərbi hissə
Onlar üçün yaşayış kompleksi də tikiləcək

Nazir xaricdə təhsil alan gənclərlə görüşüb
Misir Mərdanov: "Bu il 200 tələbənin xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulur"

Tələbə azad sahibkarlıq işində
Gənclər Bakıda bu mövzunu müzakirə edəcəklər

Orduda kadr dəyişiklikləri
SQ rəhbərliyində yerdəyişmələr ola bilər

Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub
Amma xəstədir, təcridxanada yata bilməz

Söz azadlığı forumu keçiriləcək
Bu sahədə xidmətləri olanlar mükafatlanacaq

Yağış yağacaq
Temperatur 10 dərəcə düşəcək

Balacaları 5 yaşından bağçaya göndərə bilməyəcəyik
Ən azı 5 il bu mümkün sayılmır

Satqın əsgərə hökm oxundu
Və 13 illiyə barmaqlıq arxasına göndərildi

Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir
Rusiyanın Şimali Qafqazda, Ermənistanda, Abxaziya və Cənubi Osetiyada yerləşən hərbi hissələrində eyni vaxtda döyüş təlimləri başlayıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər