Hal-hazırda Ayna qəzetinin 21.08.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.08.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Söz azadlığı forumu keçiriləcək
Bu sahədə xidmətləri olanlar mükafatlanacaq
Şənbə, 21.08.2010

S.Abbas mətn ölçüsü  

Sentyabrın 7-9-da Bakıda "Azərbaycanda söz və ifadə azadlığına ictimai dəstək" Forumu keçiriləcək. "Turan"ın məlumatına görə, forumda məqsəd ölkədə söz və ifadə azadlığı ilə əlaqədar problemlərin müzakirəsidir. Çoxplanlı aksiya olaraq, forum vətəndaş cəmiyyətinin bu istiqamətdə səylərinin dəstəklənməsi, hökumət və digər sektorlarla dialoq, əməkdaşlıq üçün platforma yaradılmasına çalışır.

Forum Azərbaycanda tanınmış ictimai və media təşkilatlarının təşəbbüsü ilə keçirilir. Forumu Avrointeqrasiya Milli Komitəsi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, İfadə Azadlığı Komitəsi, "Azərbaycan Naminə" İctimai Forumu, Azərbaycan Jurnalistlər Birliyi, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu və "Turan" İnformasiya Agentliyi təşkil edir.

Forumun ilk iki günündə söz və fikir azadlığına həsr olunmuş kitab, foto və karikatura sərgisi keçiriləcək. Digər tədbirlər, o cümlədən "Frontlayn" (ön xətt) jurnalist diskussiya klubunun açılışı olacaq. Tədbirin son günündə beynəlxalq konfrans var. Konfransda tanınmış xarici və yerli ekspertlər, jurnalistlər, ictimai xadimlər, dövlət orqanlarının nümayəndələri və bir sıra iri beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər.

Forum Azərbaycanda söz və ifadə azadlığının inkişafındakı xidmətlərə görə xüsusi mükafatın təqdim olunması ilə başa çatacaq. Laureatı əvvəllər məhkəmə çəkişmələrinə məruz qalmış və peşə fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş jurnalistlər seçəcəklər.

Konfransda Forumun qətnaməsinin, ictimaiyyət və dövlət qurumları üçün fikir azadlığının inkişafına dair təkliflər və tövsiyələr paketinin qəbulu gözlənilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qarabağla bağlı forum keçirilib

Uşaqların I forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya humanitar forumu

ZolotoyVityaz,kinoforum,Azerbaycan

Diktatorlar azad sözü sevmir

Bölmənin digər xəbərləri
 
Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət
Səbəb - Ermənistan əsgərin meyitini vermir

Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl
Polis və İH: İntiqam Əliyev görüşdə iştirak etməsin!

Daxili Qoşunlar üçün yeni hərbi hissə
Onlar üçün yaşayış kompleksi də tikiləcək

Nazir xaricdə təhsil alan gənclərlə görüşüb
Misir Mərdanov: "Bu il 200 tələbənin xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulur"

Tələbə azad sahibkarlıq işində
Gənclər Bakıda bu mövzunu müzakirə edəcəklər

Orduda kadr dəyişiklikləri
SQ rəhbərliyində yerdəyişmələr ola bilər

Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub
Amma xəstədir, təcridxanada yata bilməz

Yağış yağacaq
Temperatur 10 dərəcə düşəcək

Balacaları 5 yaşından bağçaya göndərə bilməyəcəyik
Ən azı 5 il bu mümkün sayılmır

Satqın əsgərə hökm oxundu
Və 13 illiyə barmaqlıq arxasına göndərildi

Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir
Rusiyanın Şimali Qafqazda, Ermənistanda, Abxaziya və Cənubi Osetiyada yerləşən hərbi hissələrində eyni vaxtda döyüş təlimləri başlayıb.

Azərbaycan üzərindən Əfqanıstana göndərilən yüklər artır
İraqdan çıxarılan əmlak bu istiqamətə yola salınır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər